Baş səhifə / Dünya / Türkiyədə universitetdə qətliam: 4 müəllim öldürüldü, 3 nəfər yaralandı (Fotolar)

Türkiyədə universitetdə qətliam: 4 müəllim öldürüldü, 3 nəfər yaralandı (Fotolar)

3

Türkiyənin Əskişəhər Osmangazi Universitetinin Təhsil fakültəsində müəllimlərə silahlı hücum olub. Əldə edilən məlumata görə, hadisə Meşəlik təlim-tədris mərkəzində yerli vaxtla saat 15.00-də baş verib. Universitet rektoru professor Həsən Gönən hadisə barədə açıqlama verib.

İlkin məlumata görə, Təhsil fakültəsinin elmi işçisi 37 yaşlı Volkan Bayar fakültə binasının üçüncü mərtəbəsində universitet əməkdaşlarına atəş açıb. Onun tapança ilə vurduğu dekan müavini Mikayıl Yalçın, fakültənin katibi Fateh Özmütlü, elmi işçi Yasir Ərmağan və dosent əvəzi Sərdar Çağlak hadisə yerində həlak olublar. 3 nəfərin isə yüngül yaralandığı bildirilir. Hücum edən şəxs qaçarkən mühafizə işçiləri və universitetdəki digər əməkdaşlar tərəfindən yaxalanıb. Vilayət Polis idarəsinə aparılan şübhəli şəxsin ifadəsi alınır.

Hadisədən sonra kampusda çaxnaşma baş verib. Hücumdan sonra fakültədə günortadan sonrakı imtahanlar təxirə salınıb.

Qeyd edək ki, hadisənin dəqiq başvermə səbəbləri aydın olmadığı üçün Volkan Bayarın fətullahçı olduğu, əksinə onlara qarşı çıxdığı, hətta psixoloji problemlərdən əziyyət çəkdiyi, dekanla düşmənçiliyinin olduğu kimi iddialar səsləndirilir. (Bizimyolinfo.com)

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …