Baş səhifə / Dünya / ABŞ Müdafiə Nazirliyi öz prezidentini təkzib edir: “Dedi-qodulara inamayın”

ABŞ Müdafiə Nazirliyi öz prezidentini təkzib edir: “Dedi-qodulara inamayın”

0

ABŞ Müdafiə Nazirliyi – Pentaqonun mətbuat nümayəndəsi Dana Uayt bir neçə gün bundan qabaq ABŞ prezidenti Donald Trampın ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılacağı barədə bütün dünyada əks-səda doğuran bəyanatını şərh edib.

ABŞ Baş Qərargahının nümayəndəsi general-leytenant Kenet Makenizlə birlikdə həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran D.Uayt ABŞ hərbi qüvvələrinin Suriyadan geri çəkilməsi istiqamətindəki iddiaları “dedi-qodu” kimi xarakterizə edib.

Jurnalistin “Pentaqonun Suriyada qalmaq, Ağ Evin isə çəkilmək istəməsinin Pentaqonla Ağ Ev arasında rabitəsizliyə dəlalət edib-etmədiyinə” dair sualını D.Uayt belə cavablandırıb: “Çəkilmə haqqında insanların dedi-qodularını eşitdim. Prezidentin “yaxın vaxtlarda” ifadəsi işlətdiyini bilirəm, çünki İŞİD-in məğlub edilməsi yönündə böyük müvəffəqiyyət qazandıq. Amma İŞİD tam məhv edilməyib və orada qalmağımız İŞİD-in tam məğlub edilməsi məqsədi ilə əlaqəlidir. Hər zaman dediyimiz kimi Suriyada vəzifəmiz İŞİD-i məhv etməkdir. Bunu başa çatdırmaq üzrəyik, amma hələ tam bitməyib”. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …