Baş səhifə / Foto / Dünya liderləri qaçqın düşərsə, halları necə olar: Siyahıda Ərdoğan da var (Fotolar)

Dünya liderləri qaçqın düşərsə, halları necə olar: Siyahıda Ərdoğan da var (Fotolar)

6

Suriyalı rəssam Abdullah əl-Öməri 1986-cı ildə anadan olub. Məlum səbəblərdən ölkəsindən qaçqın düşüb.

İndi Avropanın paytaxı hesab olunan Brüsselə sığınıb və Suriya vətəndaşlarının vəziyyətinə beynəlxalq icimaiyyətinin diqqətini çəkmək üçün dünya dövlətlərinin liderlərinin, prezidentlərini qaçqın düşmüş vəziyyətdə təsvir edib.

Onun “Dünya liderləri qaçqın olsaydılar” mövzusunda yaratdığı kolleksiyasında indiki ABŞ prezidenti D.Tramp, Türkiyə prezidenti R.T. Ərdoğan, Suriya prezidenti B. Əsəd, sabiq prezidentlərdən B. Obama, F. Oland və N. Sarkozi də var.

Kolleksiyanın bir hissəsi artıq Parisdəki Ərəb Dünya İnstitutunda “Müasir və çağdaş ərəb sənətinin 100 şah əsəri” sərgisi çərçivəsində təqdim olunub.

Bir neçə il bundan əvvəl Sultan Suud əl-Kassemi tərəfindən “kəşf olunan” suriyalı rəssam Abdullahın əsərlərini də özünə məxsus şəxsi kolleksiyasına daxil edib. 1300-dən çox eksponatla həmin sərgi 2017-ci ildən bəri təşkil edilən ən görkəmli sərgi olub.

Qeyd edək ki, A. Ömərinin “Dünya liderləri qaçqın olsaydılar” mövzusunda yaratdığı kolleksiyasının sərgisi artıq bir neçə müsəlman ölkəsində baş tutub, bəzilərində isə hələ də maraqla gözlənilir.

Ən maraqlısı da odur ki, bir çox ölkə rəhbərlərini qaçqın vəziyyətində təsvir edən Abdullahın əsərlərinə bu günə qədər hər hansı bir ölkədə senzura tətbiq edilməyib.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …