Baş səhifə / Cəmiyyət / Axtarışda olan 37 nəfər tutulub

Axtarışda olan 37 nəfər tutulub

0

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 101 cinayət faktı qeydə alınmış, onların da 21-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 32 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Bunu da oxu:

Abid Şərifov: “Bu məlumatı yayanlara Allah insaf versin”

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə mətbuatda məlumat yayılıb. Oxu.Az xəbər verir …