Baş səhifə / Dünya / Hələ belə ədəbsizlik görünməmişdi: Türkiyədə qaynata kürəkəninə aşiq olub

Hələ belə ədəbsizlik görünməmişdi: Türkiyədə qaynata kürəkəninə aşiq olub

15

Bu günlərdə Türkiyənin İstnabul şəhərində keçirilən məhkəmə prosesi bütün ölkəni şoka salıb. Kürəkən qaynatasını məhkəməyə verib. İlk baxışda indiki zamanda kürəkənin qaynatasını məhkəməyə verməsi bütün ölkələrdə artıq adi hala çevrilib. Amma bu dəfə cinayətin motivi ailə-məişət zəminində dava olmayıb.

Kürəkən E.K. qaynatasının onu özünün sevgi mesajları ilə təngə gətirdiyinə görə cinayət məsuliyyətinə cəlb ediməsini tələb edib. Məhkəmədə məlum olub ki, E. K. Yaşar İ.-nin qızı ilə 2012-ci ildən evlənib, bir il sonra isə qızları anadan olub. Ancaq qısa müddət sonra cütlüklər arasında narazılıqlar yaranmağa başlayıb. İddiaya görə, elə həmin vaxtdan qayınata Yaşar İ. kürəkəni E.K.-yə qarşı romantik maraq duymağa başlayıb. Vaxt keçdikcə bu maraq daha da artıb. Qızı ərindən qaçıb atasının evində yaşasa da, qaynata kürəkənə sevgi mesajları yazmağa davam edib. Qızına isə ərinin guya başqa kişilərlə ona xəyanət etdiyini deyib. Hətta kürəkənin iş yerində də guya onun kişilərə maraq göstərdiyi barədə şaiyələr yayıb.

İstanbulda baş verən bu biabırçılıq düz 3 il davam edib. Kürəkən boşanmaq üçün məhkəməyə müraciət edən zaman bu məsələni də qaldırıb, qaynatası Yaşarın öz nəvəsindən də ona qarşı istifadə etdiyi barədə şikayətini və ona yazdığı biabırçı mesajları da təqdim edib.

Üç yaşlı nəvəsini də öz çirkin əməllərinə alət edən qaynata bu iddiaları təkzib edib, qızı da atasını müdafiə edib. 18 il həbs tələbi ilə məhkəməyə çıxarılan Yaşar İ. nəvəsini istifadə etdiyi barədə iddialardan kifayət qədər dəlil olmadığı, yəni sübut edilmədiyi üçün xilas olub. Mesajlara gəlincə, 6 aylıq şikayət müddəti keçdiyi üçün bu iddiaya görə də heç bir cəza almayan manyak qaynata məhkəmə zalından azadlığa çıxıb. (Bizimyolinfo.com)

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …