Baş səhifə / Foto / Qədim modalarla bağlı çox maraqlı tarixi faktlar (Fotolar)

Qədim modalarla bağlı çox maraqlı tarixi faktlar (Fotolar)

12

Hər il modelyerlərin yeni trend  deyə ortaya çıxardığı geyim modellərinin içərisindən sevdiklərimiz də olur, təəəcüblə qarşıladıqlarımız da. Bəzən illər öncə geyinilmiş paltar modellərinə yeni nəfəs qataraq  dəb halına salırlar. Bəs  dəb necə yaranır?

Hər geyimin öz tarixçəsi var. Bu gün orta əsrlərdə dəbdə olmuş bir neçə paltarın yaranma səbəbi barəsində məlumat verəcəyik.

Kişil bədənini vurğulayan geyimlər

Öncələr qulf adlanan kişi paltarı detalı XVI əsr cəngavər geyimlərində istifadə olunurdu. Bu, döyüş zamanı cinsiyyət orqanını zədələrdən qorumaq üçün idi. Daha sonra qulf kralların və zadəganların geyimlərinə köç etdi. Formanı qorumaq üçün xüsusi “puş-ap”lardan istifadə olunurdu. “Puş-ap” olmadıqda isə gülməli də olsa, bu hissənin qabarıq  görünməsi üçün ora pul kisəsi, xərda pullar və ya xırda əşyalar yığılırdı. Bu hissəyə diqqət çəkmək üçün qulfun üzəri qızılı saplarla bəzədilirdi. I Yelizaveta bu dəbi bəyənmədiyinə görə qulf yavaş-yavaş unudulmağa başladı.

Kraliça Yelezaveta ilə müasir itlərin ortaq dəbi

XVI əsrdə, İngiltərə kraliçası Yelizavetanın hakimiyyəti dövründə “başda boşqab” adlı yaxalıqılar dəbdə idi. İldən ilə böyüyən bu yaxalıqlar öz formasını qoruya bilsin deyə nişastadan, metal məftillərdən istifadə olunurdu. 1960-cı illərdə həkim Frenk Conson boyunu məcburu surətdə dik saxlayan bu geyim modelindən ilhamlanaraq itlər üçün boyunluq düzəltdi. Bu boyunluqlar əməliyyat keçirmiş itlərə geydirilirdi və adına da elə Yelizaveta boyunluqları deyilməyə başladı.

Pariklər nə üçün yarandı

Əslində kral saraylarının vazkeçilməzi olan pariklər sifilis xəstəliyi nəticəsində saçı tökülən keçəl qalmış başları  gizləmək üçün bir icad idi. XVI-XVII əsrlərdə Avropada sifilis epidemiyası yayılmışdı. Orta əsr insanlarının inancına görə, keçəl, saqqalı və bığı olmayan insanlar xəstəliyə yoluxmuş insanlar idilər. Uzun saçlar isə sağlamlıq rəmzi hesab olunurdu. Xəstəliyə yoluxan adamlar bunu gizlətmək üçün aldıqları dəri zədələrini ya parik, ya da geyimin altında gizlətməyə məcbur olurdular. Parik modası XIV əsrdə Fransa kralı Lüdovikin adı ilə bağlıdır. O qardaşı, İngiltərə kralı II Çarlz kimi cavan yaşlarda keçəlləşməyə başlamışdı. Onlarla bərbər yığılaraq kralın imici üzərində işləməyə başladı və sonralar saray zadəganları da kralın dəbi ilə gedərək parik geyməyə başladılar. Artıq bir neçə il sonra pariklər yüksək təbəqənin simvoluna çevrildi. Parikə qulluq etmək üçün satılan ətir və pudraların qiyməti isə süni surətdə bahalaşdırılırdı. Parik dəbi XVIII əsrə qədər davam etdi.

Misirlilər niyə başlarında mum kasa gəzdirirdilər?

Misirlilər özlərinə qulluq göstərməyi bacarırdılar. Qədim Misirdə gil vasitəsilə saçları burmaq və ətirlər dəbdə idi. Ətirli yağlar geniş istifadə olunurdu, misirli  modabazlar daima ətir iyi vermək üçün başlarında konus formasında ətirli mumlar gəzdiridilər. İsti dəydikcə mum əriyir və saçın üzəri, bədən ətirli ərimiş mumla örtülürdü. Misirlilər təmizlik naminə qadınlı-kişili saçlarını dibindən qırxdırır, qara rəngli təbii saça bənzər parçadan toxunmuş pariklər geyirdilər. Buna görə ərimiş mumu təmizləmək  çətin olmurdu.

Baş qaşımaq üçün uzun  və bahalı çubuqlar

Orta  əsrə aid  filmlərdə xanımların başlarında gəzdirdikləri , təxminən 50 sm. hündürlüyə malik  gəmi, güldan formalı qəribə  və dəbdəbəli parikləri görmüsünüz. Donuz piyi, ətirli yağlar , pudralarla forma verilən bu pariklərin içərisində həşəratlar yuva qururdu. Lakin saray xanımları gözəl görünmək üçün pariklərdən vaz keçmirdilər. Parikin formasını pozmadan başlarını qaşımaq üçün isə xüsusi bahalı uzun çubuqlardan istifadə olunurdu. Çox zaman bu çubuqların  tutacaq hissəsinə bahalı daşlarla bəzək vurulurdu.

Koreyalı qadınların bütünlüklə çöldə qalan sinələri

XVII əsrin sonundan XX əsrin əvvəlinə qədər Koreyada qəribə milli geyim dəbdə idi. Ceoqori adlanan bu geyimdə qadınların sinəsi bütünlüklə bayırda qalırdı. Bu paltarı evli və uşağı olan qadınlar geyinirdilər. Bu geyim uşağı rahat əmizdirməyə imkan verirdi. Daha sonra qadınlar bunu ailə vəziyyətləri ilə öyünərək yüksək moda halına gətirdilər.

Balaca bəzək köpəklərini orta əsr xanımları qəribə bir məqsədlə daşıyırdı

Orta əsrlərdə çimmək dəbdə  deyildi. Üst-üsrtə çəkilən ətirli yağlar və günlərlə yuyunmamağın nəticəsi olaraq  zadəganlardan çox pis iy gəlirdi.  Zadəgan xanımları özlərindən gələn qoxunu və üstlərində gəzən birələrin günahını üstünə atmaq üçün köpəklərdən istifadə edirdilər. Özləri ilə gəzdirdikləri itlərin tükləri çox sığallı görünürdü. Çünki xanımlar yağlı əllərini də salfetlərə deyil, köpəklərinin tüklərinə sürtürdülər. Zadəganlar düşünrdülər ki, itlərin  kürkü  onların bədənində gəzən birələr üçün daha yaxşı yuva ola bilər. Bir sözlə, bəzək itləri bir növ müdafiə xarakteri daşıyırdı.

Uzun kamzollar əyri qıçları gizləmək üçün düşünülmüşdü

XV əsrdə hakimiyyətdə olmuş Fransa kralı VIII Karlın əyri ayaqları onu həmişə narahat edirdi. Buna görə o dərzilərə bu eyibi ört-basdır etməyi əmr etdi. Ətəyi uzun geniş kamzollar Karlın əmri ilə hazırlandı. Kralın hakimiyyəti dövründə kamzolun naxışları, formaları, bəzəkləri dəyişdirilsə də, uzunluğuna əsla toxunulmadı.

Qaşqırxma adəti

Məşhur “Mona Liza” əsərini yəqin hər kəs  görüb. Bəlkə çoxları üçün bu qadın gözəllik etalonu deyil. O dövrdə isə xanımlar alınlarının geniş olması üçün saç diblərini qırxırdılar. Kipriklər və qaş dəbdə olmadığı üçün onları da təmizləyirdilər. Bax buna görə də “Mona Liza” gözəl hesab olunurdu.

İlhamə Rəsulova / Bizimyolinfo.com

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …