Baş səhifə / Cəmiyyət / “Belə məlumatlar hardan, kim tərəfindən ötürülür” – Fazil Məmmədovdan sərt açıqlama

“Belə məlumatlar hardan, kim tərəfindən ötürülür” – Fazil Məmmədovdan sərt açıqlama

3

Dünən bir sıra saytlarda sabiq vergilər naziri Fazil Məmmədovun infarkt keçirməsi və onun ağır vəziyyətdə Mərkəzi Gömrük Hospitalına yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı.

Bizimyolinfo.com yayılan məlumatla bağlı keçmiş vergilər naziri Fazil Məmmədovla əlaqə saxlayıb. O saytımıza açıqlamasında məlumatın yalan olduğunu bidirib.

“Bunlar əsassız, yalan, uydurma məlumatdır. Mən infarkt keçirməmişəm. Səhhətim normaldı. Belə məlumatlar hardan, kim tərəfindən ötürülür, bilmirəm. Bununla neçənci dəfədir haqqımda yalan informasiya yayılır, bəsdirin artıq”,- deyə Fazil Məmmədov bildirib.

Əli Cahangiroğlu

Bunu da oxu:

Abid Şərifov: “Bu məlumatı yayanlara Allah insaf versin”

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə mətbuatda məlumat yayılıb. Oxu.Az xəbər verir …