Baş səhifə / Cəmiyyət / “Məni polisə çağırdılar, Elton Məmmədova zəng vurdum…”

“Məni polisə çağırdılar, Elton Məmmədova zəng vurdum…”

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi keçirilib.

Qafqazinfo“nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə şahid, “ZaminBank” ın Müşahidə Şurasının sədri Nadir İsmayılov ifadə verərək deyib ki, Rövşənlə eyni binada yaşayıb: “Onunla yaxşı münasibətimiz var idi, Elnuru yanıma gətirib birgə iş görəcəklərini dedi. Mən ona dedim ki, sənin atan Elton müəllimi tanıyıram.

Əməkdaşlara tapşırdım ki, onlara kömək etsinlər. Sonra daha onları görmədim, özləri həll etdilər. İki il sonra məni polisə çağırdılar, Elton Məmmədova zəng etdim. Məsələni ona dedim, Elton müəllim dedi ki, sən özün bu məsələni həll elə. Sonra bankda Rövşənlə görüşdüm, ona dedim sənə ayıbdı, biz dost olmuşuq.

Rövşənin yaşadığı binanı biz tikmişdik, o da dedi pulun əvəzində 4 otaqlı evimi verirəm. Bunu da Elton müəllimə dedim. Rövşən evinin baha olduğunu deyib əlavə 50 min özünə istədi, iş uzandı. İşin nəticəsinin necə olduğunu bilmədim. “Qorotdel”in müstəntiqi hər gün mənə zəng edirdi, ona görə artıq yoruldum, işdən uzaqlaşdım. Bizim bankın Türkiyədə filialı olmayıb, pulu da bizim bank vasitəsilə köçürməyiblər”.

Elnur Məmmədov deyib ki, Rövşən vasitəsilə Nadir İsmayılovu tanıyıblar: “Mən də Nadir müəllimlə görüşdüm, xanım əməkdaşı çağırıb bizə köməklik etməsini tapşırdı”.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R. Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Hazırda azadlıqdadır.

E.Məmmədov işlə bağlı R.Heybətova 200 min manat verərək Türkiyəyə göndərib. R. Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E. Məmmədov isə buna inanmayaraq R. Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

İstintaq tamamlandıqda isə R.Heybətov yekun olaraq 210 min manat mənimsəməkdə ittiham edilib.

Onu da qeyd edək ki, Elnur Məmmədov “Best of the Best” promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.

Prokuror vəsatət verib ki, pulun xaricə köçürülməsi ilə bağlı “Zamin Bank” MŞ sədri Nadir İsmayılov barəsində ayrılan materialın nəticəsi barədə arayış verilməsk üçün sorğu göndərilməsini verilməsini istəyib. Vəsatət təmin edilib. Proses aprelin 17-də davam edəcək.

Bunu da oxu:

Abid Şərifov: “Bu məlumatı yayanlara Allah insaf versin”

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə mətbuatda məlumat yayılıb. Oxu.Az xəbər verir …