Baş səhifə / Dünya / İranlı narkobaron villada yaxalandı

İranlı narkobaron villada yaxalandı

2

Naci Şərifi Zindəştinin FETÖ ilə əlaqələri də araşdırılır

İstanbul Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsi İran əsilli narkobaron və beynəlxalq mütəşəkkil cinayət təşkilatının lideri Naci Şərifi Zindəştini yaxalamaq üçün bir neçə gün qabaq texniki təqib işlərinə başlayıb. Aprelin 6-da N. Zindəşti İstanbulda gizləndiyi villada lap filmlərdə olduğu kimi hazırlanan xüsusi əməliyyatla 9 nəfərlə birlikdə həbs olunub.

İranda narkotik qaçaqmalçılığı etdiyi üçün edam cəzasına məhkum edilmiş N. Zindəşti Kamal Şərifi Seydani adlı yaxınının pasportundan istifadə edərək Türkiyəyə qaçıb. Törətdiyi cinayətlərə görə Türkiyədə həbsxanaya düşən N. Zindəşti 2010-ci ildə indi fətullahçı kimi axtarışda olan sabiq müstəntiq Zəkəriyyə Özün rəhbrəlik etdiyi “Ergenekon işi” istintaqında “Tərəzi” ləqəbi ilə gizli şahid qismində ifadə verib. N.Zindəşti bu ifadədən sonra azad edilib.

N. Zindəşti, beynəlxalq narkotik kartelinin 5 ton narkotik maddəsinin Yunanıstanda yoxa çıxması ilə əlaqədar digər narkotik kartellərin hədəfinə tuş gəlib. İddiaya görə, narkotik kartelləri N. Zindəştinin ölümü barədə fitva verib.
Xatırladaq ki, N. Zindəştiyə məxsus olan bahalı avtomobil 26 sentyabr 2014-cü il tarixində atəşə tutulmuş, özü olmasa da, maşındakı qızı ölübmüşdü. İndi N. Zindəştinin özü və qızının öldürülməsi hadisəsi ilə əlaqədar cinayət işi Büyükçəkməcə Respublika Prokurorluğu tərəfindən yenidən açılıb. N. Zindəştı FETÖ üzvü olması iddiası da araşdırılır.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …