Baş səhifə / Sağlamlıq / Makaron yemək, həm də arıqlamaq mümkündürmü?

Makaron yemək, həm də arıqlamaq mümkündürmü?

7

İndiyə qədər dünyada əksər insanlarda un məmulatları və xəmir yeməklərinin kökəlməyə səbəb olduğu barədə qəti fikir fromalaşıb. Amma aparılan çoxsaylı araşdırmalar bu qənaətlərin düzgün olmadığını göstərir.

Bu günlərdə artıq alimlər makaron yemək və arıqlamağın mümkünlüyünü sübut ediblər. Kanada həkimlərinin belə bir nəticəyə gəliblər ki, makarondan istifadə kökəlməyə deyil, arıqlamağa kömək edə bilər.

Elm adamları tərəfindən aparılan 30 araşdırmanın sonunda müvafiq nəticə əldə edilib. Tədqiqatda 2500 adam iştirak edib. Təcrübədə iştirak edənlər həftədə üç dəfə makaron yeyiblər. Üç ayın tamamında təcrübə iştirakçılarının orta hesabla 500 qram çəki itirdikləri müəyyən edilib.

Kanada həkimlərinin sözlərinə görə, tədqiqatın yekun nəticələri sübut edir ki, makarondan balanslaşdırılmış şəkildə və pəhriz üsulları ilə birgə istifadə kilo gətirmir, əksinə arıqlamağa kömək edir.

Bunu da oxu:

Smartfona aludəçilyin ən böyük fəsadları

San-Fransisko Universitetinin alimləri müəyyən ediblər ki, hər il daha artan yeni elektron texnologiyalardan asılılıq, bağlılıq …