Baş səhifə / Dünya / Avropalı PKK-çıların qayıdış marşrutu: Ermənistan-Ukrayna-Avropa

Avropalı PKK-çıların qayıdış marşrutu: Ermənistan-Ukrayna-Avropa

11

Marşrutun orta hissələri isə qaranlıq alır

Əsassız Erməni İddiaları ilə Beynəlxalq Mübarizə Dərnəyinin (ASİM-DER) sədri Göksel Gülbəy Suriya və İraqdakı PKK terrorçularının Ermənistandan keçməklə Ukraynaya və Avropaya getdiyi barədə iddia irəli sürüb.
Xarici ölkələrdən döyüşmək üçün Suriya və İraqa gələn PKK-çıların Avropaya qayıtdığını söyləyən ASİM-DER sədri Göksəl Gülbey fikrini belə əsaslandırıb: “Suriya və İraqdan Ermənistana, oradan da Ukraynaya gedirlər. Ukrayna Avropa İttifaqı ilə vizasız gediş-gəliş müqaviləsinə malikdir. Beləliklə, Qərb ölkələri özləri üçün yeni bir problem yaratdılar. Türkiyə tərəfi bu qanunsuz yerdəyişmələrin qarşısını almaq və ərazilərindən terrorçuların keçməsini dayandırmaq üçün mübarizə aparır. Lakin hamısının qarşısnı almaq mümkün deyil”.

Təşkilat rəhbərinin sözlərinə görə, Ukraynaya keçdikdən sonra heç bir problem qalmır: “Ukrayna pasportlarını almaq çox asandır və buna görə də terrorçular Ukraynaya gedirlər. Əsas problem yüzlərlə terrorçunun dünyanın müxtəlif yerlərindən bu ölkəyə gəlməsidir. Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların davamı kimi Ukrayna ilə viza rejimini qaldırdı, lakin bu, Avropa İttifaqı daxilində təhlükəsizlik probleminə səbəb olacaq”.

Ermənistanın Türkiyəyə qarşı düşmənçilik münasibətini xatırlayanda bu iddiaların xüsusi sübuta ehtiyacı qalmır. Amma açıq qalan məsələ: bu terrorçuların marşrutlarının başlanğıc nöqtəsi orta hesabla məlum olsa da, Ermənistan sərhədinə qədər hissəsini hansı yolla keçmələrinin və İrəvandan Ukraynaya necə getdiklərinin naməlum qalmasıdır. Ən azı ona görə ki, pasportsuz terrorçularun nə İrəvana, nə də Ukraynaya təyyarə ilə uça bilərlər. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …