Baş səhifə / Dünya / Rza Zərrab həbsxanada 50 min dollar rüşvət verib

Rza Zərrab həbsxanada 50 min dollar rüşvət verib

4

BBC-nin Türkcə Xidmətinin yaydığı xəbər görə, məşhur müğənni Əbru Gündəşin əri, hazırda ABŞ-da həbsdə olan iranlı biznesmen Rza Zərraba (Sarraf) görə həbsxana işçisi həbs edilib. Belə ki, 2012-ci ildən Manhettendəki həbsxanada çalışan 35 yaşlı həbsxana gözətçisi Viktor Kasado “Məhbus-1” adlandırılan şəxsdən onun türk vəkili vasitəsilə ən azı 45 min dollar rüşvət aldığı iddiası ilə həbs olunub.

Bizimyolinfo.com xəbər verir ki, açılan cinayət işində Rza Sarrafın adının keçməməsinə baxmayaraq, “The New York Times” qəzeti etibarlı mənbəyə əsaslanan xəbərində sözügedən “Məhbus-1” şərti adlı şəxsin R. Zərrab olduğunu yazıb.

Kasado ifadəsində R. Zərrabdan pul almasında türk vəkilin vasitəçi olduğunu qeyd edib. Məlum olub ki, V.Kasado bu illər ərzində 4–-50 min dollar məbləğində pul alaraq həbsxanaya spirtli içki, mobil telefon, yemək, C vitamini və ağrıkəsicilər keçirib. Müxtəlif məbləğlərdə edilən ödənişlərdən sonra Kasadonun ən azı beş dəfə plastik qabların içində spirtli içki keçirdiyi aydın olub.

R. Zərrabın mobil telefonunu ona çatdırmaq üçün vasitəçilik edən məhkuma da 10 min dollar verdiyi həmin cinayət işində yer alıb.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …