Baş səhifə / Dünya / Avropanın ən pullu adamının adı açıqlandı – 70,7 milyard dollar

Avropanın ən pullu adamının adı açıqlandı – 70,7 milyard dollar

1

Onun var-dövləti 70,7 milyard ABŞ dolları həcmindədir

“Bloomberg” agentliyi Avropanın ən varlı şəxsinin kimliyini elan edib. Bu şəxs Fransanın “LVMH Moët Hennessy-Louis Vuitton” transmilli korporasiyasının prezidenti Bernar Arnodur. Şirkət bahalı əşyalar (çamadan, paltar, çanta, aksesuar, şampan, konyak) istehsal edir və onun baş ofisi Parisdə yerləşir. B. Arnonun var-dövlətinin məbələği 70,7 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

Avropanın ən varlı şəxsləri siyahısında B. Arnodan sonra ikinci yeri “Inditex” təsisçisi və keçmiş prezidenti Amansio Orteqa tutur. Bernard Arno, eyni zamanda dünya üzrə ən varlıların reytinqində dördüncü adamdır.

Qeyd edək ki, Avropanın ən varlı şəxsini “Amazon”un təsisçisi Cef Bezos, “Microsoft”un təsisçisi Bill Qeyts və ABŞ-dan olan biznesmen, ən məşhur investorlardan biri Uorren Buffet qabaqlayır.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …