Baş səhifə / Maraqlı / Kosmonavtlar Marsda turp əkəcəklər

Kosmonavtlar Marsda turp əkəcəklər

9

Alimlər tarixdə ilk dəfə Antarktida materikində tərəvəz yetişdiriblər

Son dövrlər kosmik tədqiqat aparan alimlər və müəssisələr daha çox Yer kürəsinə ən yaxın olan Mars planetinin fəthi məsələlərinə diqqət yetirir. Tədqiqatçılar Mars və digər planetləri fəth edənlərin asanlıqla məhsul yetişdirməsi və qidalanması üçün də təcrübələr aparmağa başlayıblar.

Bu istiqamətdə təcrübə aparan alman tədqiqatçılar artıq Antarktidada əkdikləri tərəvəzlərin ilk məhsulunu alıblar. Bu bitkilər “Neumeyer III” stansiyasında yerləşən istixanada yetişdirilib.

Sözügedən istixanada xüsusi texnologiya ilə 4 kiloqram salat üçün lazım olan 20 ədəd xiyar və 70 ədəd turp yetişdirilib. Tədqiqatçılar qeyd edirlər ki, stansiyanın xarici divarlarında -20 dərəcə temperatur olduğu halda yüksək texnologiyaya malik istixanada bitkilərdən məhsul əldə edilməsi möcüzəvi hadisədir. Üstəlik bu istixanada bir qram belə torpaqdan istifadə edilməyib. Bu istixanada mayenin qapalı dövrəsindən istifadə olunur və orada tələb olunan karbon dioksid tərkibi saxlanılır.

İlk dəfə sınaqdan keçirdikləri bu təcrübədən sonra ailimlər gələcəkdə orbital stansiyalarda və məhsuldar torpaq olmayan planetlərdə həmin istixanalardan quraşdırmaqla məhsul götürə biləcəklərinə əmindirlər. Alman mütəxəssislər, hətta tezliklə ilk meyvə məhsulunu əldə edəcəklərini də vəd edirlərlər.

Alimlərin fikrincə, bu layihə özünün doğrultsa, bundan sonra kosmosa göndərilən insanlar təzə meyvə-tərəvəzə həsrət qalmayacaqlar.

Bunu da oxu:

Dünyanı başqa tərəfdən göstərən 12 qeyri-adi foto

Fotoqraflar bizim adi hesab etdiyimiz hər şeydə qeyri-adilik görə bilirlər. Obyektivlərin köməyi ilə bizə təqdim …