Baş səhifə / Dünya / Dünya “ölümsüz diktator”un əlinə keçəcək – İlon Mask xəbərdarlıq edir

Dünya “ölümsüz diktator”un əlinə keçəcək – İlon Mask xəbərdarlıq edir

İnsanların xilasolma şansı yalnız 10 faizdir

Son dövrlərdə müasir texnologiya aləmində ən çox adı hallanan və süni intellektlə əlaqədar xəbərdarlıqlarla gündəmə gələn “SpaceX” şirkətinin təsisçisi İlon Mask bu xəbərdarlıqlara yenisini əlavə edib. Süni intellektin insanları qabaqlayaraq planetimizi idarə edəcəyi iddiasını müxtəlif səviyyəli elmi tədbir və toplantılarda dəfələrlə irəli sürən İlon Maskın budəfəki proqnozu həm maraq və təəccüblə qarşılanıb, həm də ciddi mübahisələrə səbəb olub. Belə ki, tanınmış mütəxəssis süni intellektin “ölümsüz diktator”a çevrilə biləcəyi idddiasını gündəmə gətirib.

“Do You Trust This Computer” (“Kompüterinizə etibar edirsinizmi?”) sənədli filmə çəkilən İ.Mask avtoritar rejimlər tərəfindən yaradılacaq süni intellektin bəşəriyyət üçün ən böyük təhlükə olacağı iddiasını irəli sürdü.

İ.Maskın sözlərinə görə, insan əli ilə yaradılan süni intellekt bəşər övladının üzərində hökmranlıq quracaq. Sənədli filmdəki çıxışında aşağıdakı sözlərlə bu təhlükəyə diqqət çəkir: “Biz heç vaxt xilas ola bilməyəcəyimiz bir dikatoru öz əllərimizlə yarada bilərik”.

İ.Mask, həmçinin süni intellekt və bəşər övladı arasında mübarizədə qalib gəlmək imkanımızın faizini də hesablayıb. Onun sözlərinə görə, super ağla malik süni intellektə qarşı mübarizədə insanların xilasolma şansı yalnız 10 faizdir.

Süni intellektin bəşəriyyətin gələcəyi üçün ən böyük təhlükə olduğunu fərqli formalarda açıqlayan İ.Mask həmin səbəbdən bu sənədli fiımə də sponsorluq edib və “YouTube”da pulsuz yayılması üçün təqdim edib.

Bunu da oxu:

“Sizdən artıq dərəcədə xahiş edirəm, o statusu siləsiniz” – Deputat

“Dostlar, sosial şəbəkələrdə mənim idman naziri olacağımla bağlı aparılan kampaniyanı qəbul etmirəm. Sizdən artıq dərəcədə …