Baş səhifə / Dünya / Ölmüş arvadını unutmaq üçün itə təcavüz edib

Ölmüş arvadını unutmaq üçün itə təcavüz edib

0

Avropa ölkələrində gündəlik həyat normalarının tərkib hissəsinə çevrilən əxlaqsızlıq, insanlararası münasibətlərdən insanlarla heyvanlar arasındakı münasibətlərə keçib. Belə ki, Böyük Britaniyada yaşayan 51 yaşlı Nik Tayson 23 illik həyat yoldaşını itirdikdən sonra dərdlərini azaltmaq üçün itlə cinsi əlaqəyə girdiyini etiraf edib.

Britaniyalı manyakın evində axtarış aparan polis N.Taysonun mobil telefonunu və kompüterini yoxlayarkən bu biabırçılığı viodeoya çəkdiyi də ortaya çıxıb. N. Taysonun kompüterində uşaqların qeyri-qanuni iştiraka məcbir edildiyi və açıq şəkildə cinsi xarakterli hərəkətlərin nümayiş etdirildiyi filmlər də tapılıb.

Buna görə əlavə olaraq təhqiqat aparan polisə verdiyi ifadədə törətdiyi çirkin əməlinə gülünc bəhanə gətirib: bu yaxınlarda vəfat edən 23 illik həyat yoldaşına görə stress keçirdiyini söyləyən N.Tayson iyrənc əməllərini izah etmək üçün qeyri-qanuni yollarla uşaqların iştiraka məcbur edildiyi filmləri izləyərək və itlə cinsi əlaqə girərək bu əzabdan qurtulmaq istədiyini yazıb.

Məhkəmədə manyak N. Tayson itlə əlaqəyə girmək, o anları videoya çəkmək, habelə qeyri-qanuni yollarla uşaqların iştiraka məcbur edildiyi cinsi filmləri kompüterinə yazıb saxlamaqda günahkar bilinərək 1 il 9 ay müddətinə həbs cəzasına məhkum edilib. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …