Baş səhifə / Ulduz falı / Ən şorgöz və ən cazibədar şəxslər hansı bürclərdəndir?

Ən şorgöz və ən cazibədar şəxslər hansı bürclərdəndir?

Arzuedilən insanları real həyatda tapmağa kömək edən “Happn” onlayn tanışlıq proqramı ən məşhur (cazibədar) və ən şorgöz bürcləri müəyyən edib.

“Happn” istifadəçilər tərəfindən göndərilən “Charm” (“şarm”) rəqəmlərini nəzərə alaraq apardığı araşdırmalar nəticəsində ən şorgöz şəxslərin Şir bürcündən olduqlarını müəyyən edib. Bu araşdırmanın digər nəticəsinə görə, ən populyar bürcün nümyəndələrinin Əkizlər olması ortaya çıxıb.

“Happn” proqramına göndərilən “Charm”ların sayını hesablayan mütəxəssislər yeri gəldi-gəlmədi eşq elan etməyə ən çox təşəbbüs göstərənlərin Şirlər olduğunu müəyyən ediblər. Bu bürcdən sonra gələnlərin Oğlaq, Buğa, Əqrəb və Dolça bürcündən olmaları dəqiqləşib. Ən utancaq, yəni ən az “şarm” göndərənlər isə Əkizlərdir.

Maraqlıdır ki, şorgözlük məsələsində ən sonda olan Əkizlər populyarlıq, cazibədarlıq baxınıdan ən çox “şarm” alan bürcdür.

Əkizlərin birinci yerdə gəldiyi populyarların siyahısını Şir, Buğa, Qız və Xərçəng davam etdirir. Oğlaqlar isə bu siyahının ən sonunda gəlirlər.

Şörgözlərin siyahısında olnardan ən çox danışanlar isə həftə ərzində hər bir istifadəçi tərəfindən göndərilən mesajların sayı nəzərə alınaraq müəyyən edilib. Ən çox mesajlaşanlar Qızlar olub. Onlardan sonra isə Şir, Tərəzi, Oxatan və Qoç bürclərindən olanlar gəlir. Ən az yazışanlar isə Balıqlar imiş.

Onu da qeyd edək ki, ən cazibədar bürclərin siyahısını Əkizlər, Şir, Oxatan, Qız, Xərçəng, Balıqlar və Tərəzi tamamlayır. (Bizimyolinfo.com)

Bunu da oxu:

Ulduz falı: 22 aprel, 2018

Qoç İşlərinizin çoxu sizin gözlədiyinizdən daha yaxşı alınır. Pul daxilolmaları istisna edilmir, onun sayəsində son …