Baş səhifə / Dünya / Rus ayısı Latviya sərhədini zədələyib

Rus ayısı Latviya sərhədini zədələyib

1

İki ölkə arasındakı sərhədi pozmağa çalışanın qonur ayı olduğu sübut olunub

Son dövrlər əksər Avropa İttifaqı ölkələri kimi Rusiya ilə münasibətləri soyuq olan Latviya Respublikasının sərhədçiləri maraqlı hadisə qeydə alıblar. Belə ki, Lativa Sərhəd Xidmətindən verilən açıqlmada Rusiyaya qaçmağa çalışan bir ayının iki ölkə arasındakı sərhədə çəkilən hasarlara ziyan vurduğu qeyd olunub.

Lativa Srəhəd Xidmətindən verilən məlumatda deyilir: “Sərhəddə patrul çəkən təhlükəsizlik qüvvələri sərhəd xəttində çəkilən hasarların bəzi yerlərində təxminən yarımmetrlik yırtıqlar tapıblar. Hadisə yerində tədqiqat aparan sərhədçilər sərhədi pozmağa cəhd edənin bir ayı olduğunu sübut edən izlərə rast gəliblər”.

Latviya təhlükəsizlik qüvvələrinin kameralarındakı görüntülərdən də bəlli olub ki, ayı Rusiyaya keçməyə çalışıb.

Məlumat üçün xatlrladaq ki, Latviya Respublikası şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belarus, cənubda Litva ilə həmsərhəddir. 18 noyabr 1918-ci ildə ilk dəfə dövlət müstəqilliyini elan edən Latviya 1940-cı ildə faşist Almaniyası tərəfindən işğal edilib. II Dünya müharibəsinin nəticələrinə əsasən, 1944–1991-ci illərdə Latviya SSR müttəfiq respublika kimi SSRİ-nin tərkibində olub. Latviya Sovet İttifaqının dağılmasından sonra, 1991-ci ildə yenidən müstəqillik əldə edib. 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən, əhalisi 1 988 400 nəfərdir. Respublikanın əhalisi 1989-cu ildə 2,65 milyon olub.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …