Baş səhifə / Dünya / Paul Kaqamenin qərarı dünyanı şoka saldı: Məscidlər və kilsələr bağlanır

Paul Kaqamenin qərarı dünyanı şoka saldı: Məscidlər və kilsələr bağlanır

29

Ruanda prezidenti Paul Kaqame bütün dünyanı şoka salan bir addım atıb. Belə ki, o bu günlərdə 100-dən çox məscidi və təxminən 6000 kilsəni bağlamaq qərarını təsdiqləyib. Qərara görə, paytaxt Kiqali də daxil olmaqla, ümumilikdə təxminən 6100-dən çox dini məbəd bağlanacaq.

Ruandadan verilən xəbərlərə görə, prezident Paul Kaqame “sayları çoxdur” və “ibadətdənkənar işlər üçün istifadə olunduğuna inanıram” kimi arqumentlər gətirərək bu addımı atdıb. Bağlanan məbədlərə, ümumilikdə 100-dən çox məscid və təxminən 6000 kilsə daxildir, bunlardan 700-ü da paytaxt Kiqalidədir. “Heç su quyusu və fabriklərimizin sayı bunların sayına çatırmı”, – sualını dilə gətirən P. Kaqame ölkənin iqtisadi vəziyyətinin bu qədər ibadət məkanını saxlamağa gücü çatmadığını söyləyib. Eyni zamanda P.Kaqame ibadət yerlərinin bağlanmasında “təhlükəsizlik” amilinin də mühüm rol oynadığını iddia edib. P.Kaqame, həmçinin mart ayında ölkənin cənubunda bazar ayini əsnasında bir kilsəyə ildırım düşməsi nəticəsində 16 adamın öldüyü, 140 adamın yaralandığı hadisəyə işarə edərək deyib: “Bir keşiş kilsə açmadan əvvəl teologiya sahəsində xidmətə uyğun diploma və həmin ibadət yerinin ildırım düşməsindən qorunması üçün ildırımqaytarıcıya malik olması gərəkdiyini bilməlidir”.

Buna qədər Ruanda hakimiyyəti ətrafdakı sakinləri narahat etdiyi və səs-küyə səbəb olduğuna görə ölkənin paytaxtı Kiqali şəhərində məscidlərin minarələrindəki səsucaldanları qadağan etmişdi. Habelə ölkədə təhlükəsizlik, sanitar-gigiyena və infrastruktur kimi qanuni tələblərə cavab vermədiyi və səs-küyə səbəb olduğu əsas gətirilərək fevral ayının sonunda 800 kilsənin bağlanması haqqında qərar qəbul edilmişdi.

Qeyd edək ki, P. Kaqamenin narazılığı bununla bitmir, o, ölkədəki seçki sistemini tənqid edir və ölkədəki xarici diplomatlardan da razı deyil. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …