Baş səhifə / Dünya / 18 yaşı tamam olmuş qızlar hərbi xidmətə çağırılacaqlar – Qətərdən Səudiyyəyə cavab

18 yaşı tamam olmuş qızlar hərbi xidmətə çağırılacaqlar – Qətərdən Səudiyyəyə cavab

3

Kişilərin xidmət müddəti isə 3 aydan 1 ilə qədər uzadıldı

Səudiyyə Ərəbistanının rəhbərliyi altında koalisiyanın Qətərə qarşı blokadasının sərtləşməsinə cavab olaraq, Qətər əmiri qadınların könüllü hərbi xidmətə çağırılmasına və kişilərin məcburi hərbi xidmətinin uzadılmasına razılıq verib.

Qətər əmiri Tamim bin Həməd əl-Tani tərəfindən imzalanan və qüvvəyə minən yeni qanuna əsasən, qadınlar ölkə tarixində ilk dəfə hərbi xidmətə aparılacaq. Verilən məlumata görə, yeni qüvvəyə minən qanun qadınlara 18 yaşından etibarən könüllü hərbi xidmət çəkməsinə icazə verilməsini və 18 yaşından 35 yaşa qədər olan kişilərin icbari hərbi xidmət müddətinin 3 aydan 1 ilə qədər uzadılmasını nəzərdə tutur. Yeni qanuna əsasən, Qətər Milli Hərbi Akademiyası da yaradılacaq.

Yeni qanuna görə kişilərin 18 yaşına çatdıqdan sonra 60 gün ərzində hərbi xidmətə getmək üçün müraciət etmək məcburiyyəti gətirilib. Əsgərlikdən qaçanlar 3 il həbs cəzasına məhkum ediləcək və 50 min Qətər rialı həcmində cərimə olunacaqlar.

Qeyd edək ki, bu tədbirlər Səudiyyə Ərəbistanının rəhbərliyi altında koalisiyanın Qətərə qarşı 10 aylıq maliyyə-iqtisadi blokadasının mənfi təsirinə qarşı görülüb. Belə ki, hətta bu günlərdə Səudiyyə Ərəbistanının rəhbərliyi ölkə ilə sərhəddə su kanalı yaratmaqla Qətəri ada-dövlətə çevirmək planını açıqlayıb.

Böhranın başlanğıcından bəri ABŞ, Fransa, İtaliya və Böyük Britaniya ilə hərbi müqavilələr imzalayan Qətər ən son 12 ədəd “Rafale” döyüş təyyarəsi satın almaq qərarını açıqlayıb. Eyni zamanda ərazisində Türkiyənin hərbi bazasının yaradılmasına icazə verən Qətər Türkiyədən də silah almağa başlayıb. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …