Baş səhifə / Dünya / 3-cü Dünya müharibəsinin astanasında: ABŞ və Rusiyanın tətbiq edəcəyi silahlar da məlumdur

3-cü Dünya müharibəsinin astanasında: ABŞ və Rusiyanın tətbiq edəcəyi silahlar da məlumdur

4

Artıq ABŞ və Rusiyanın tətbiq edəcəkləri hərbi təyyarə və silahlar da məlumdur

Suriyanın öz vətəndaşlarına qarşı kimyəvi silah tətbqi etdiyi barədə ittihamlardan sonra BMT-nin sanksiyası olmasa da, ABŞ, Fransa və İsrailin daxil olduğu hərbi koalisiyianın, paytaxt Dəməşq də başda olmaqla, ölkənin əsas hərbi obyektləri olan zonalara qarşı hərbi əməliyyatlar təşkil edəcəyi artıq labüddür.

ABŞ prezidentinin Suriyaya qarşı tədbirlər görmək üçün digər ölkələrdəki həmkarları ilə məsləhətləşmələr apardığı və hərbi hücumların hər an baş verəcəyi barədə məlumatlar gəlib. Bu xəbərlərə reaksiya verən Rusiya XİN ABŞ və müttəfiqlərini Suriyaya hərbi müdaxilədən çəkinməyə çağırıb.

Dünya ictimaiyyətinin Suriyaya uzaqdan raket hücumları və aviazərbələrin baş verəcəyinin gözlədiyi bir vaxtda Rusiaynın Livandakı səfiri Aleksandr Zasipkinin bəyanatı III Dünya müharibəsinin siqnallarından xəbər verib. Belə ki, Livan telekanalı “Əl-Manar”a müsahibə verən səfir A. Zasipkin ABŞ-ın Suriyaya hərbi təcavüzünə qarşı Rusiyanın bütün raketlərin, hətta onların atıldığı hədəflərin də vurulacağını bildirib.

Bundan əvvəl “New York Times” qəzetinin yazdığına görə, Ağ Evdə ABŞ prezidentinin köməkçiləri Suriyanın Duma şəhərinə hələ sübut olunmayan kimyəvi silah tətbiqinə cavab olaraq Suriya Ərəb Respublikasının bir neçə hərbi hədəfinə zərbələr endirmək barədə tövsiyə veriblər.

ABŞ prezidenti Donald Trampın “Suriya ilə bağlı qərar növbəti 48 saat ərzində qəbul olunacaq”, – açıqlamasından sonra, demək olar ki, dərhal Amerika Birləşmiş Ştatlarında “Harry Truman” təyyarədaşıyan gəmisini və digərlərini regiona göndərmək barədə qərar qəbul edilib. Artıq ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan və digər nəhəng hərbi gəmiləri Aralıq dənizinə yola düşüb.

Artıq beynəlxalq mediada Suriyada Rusiya və ABŞ müharibəsində hansı silahların istifadə ediləcəyi barədə müzakirələr də başlayıb. Belə ki, “The National Interest” nəşrinin ekspertləri iddia ediblər ki, Suriyadakı hərbi obyektlərə Amerika Birləşmiş Ştatları “Tomahawk” və AGM-86 qanadlı raketləri ilə hücum edəcək, eləcə də bu əməliyyatlarda B-2 “Spirit” bombardmançı və F-22 “Raptor” qırıcı təyyarələri tətbiq olunacaq.

Mütəxəsssilərin qənaətinə görə, Rusiya Federasiyasının regiondakı hərbi bazalarından və digər hərbi qüvvələrindən cavab aksiyasında “X-101” qanadlı raketləri, “Tu-95” və “Tu-160” bombardmançı təyyarələri, həmçinin dəniz bazalı “Kalibr” qanadlı raketləri istifadə edilə bilər.

Qeyd edək ki, ABŞ-la birlikdə Suriyaya qarşı tədbirlərdə Fransa, israil, Səudiyyə Ərəbistanı kimi, bir sıra ölkələrin iştirakı da istisna deyil. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …