Baş səhifə / Dünya / Putin erməni naziri istefaya göndərəcək, yerinə türkoloq gətiriləcək

Putin erməni naziri istefaya göndərəcək, yerinə türkoloq gətiriləcək

1

Onun yerinə isə ixtisasaca türkoloq olan D.Peskov gətiriləcək

Martın 18-də yenidən Rusiyanın prezidenti seçilən Vladimir Putinin formalaşdırılacağı yeni kabinetdə S.Lavrova yer olmayacaq. Bu xəbər rəsmi olaraq tam təsdqini tapmasa da, Türkiyə mətbuatının məlumatına görə, onun yerinə namizəd də hazırdır. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov prezident V. Putinin bu post üçün nəzərdə tutduğu ən layiqli namizəddir.

Əldə edilən məlumata görə, D.Peskov əvvəllər Ankaradakı Rusiya səfirliyində tərcüməçi və attaşe vəzifələrində işləyib. İxtisaca türkoloq olan D. Peskov Ankarada olanda prezident R.T. Ərdoğanla türkcə danışıb və Ankara küçələrində gəzintiyə çıxıb. O da məlum olub ki, səfirlikdə işləyərkən D.Peskov Ankarada tanış olduğu rusiyalı diplomatla evlənib.

Gələn ayın ortalarında Xarici İşlər Nazirliyinə rəhbər təyin edilməsi gözlənilən D.Peskovun indiki nazir S. Lavrovdan daha mülayim olduğu söylənilir. İndiki nazir S.Lavrov əksər hallarda ikitərəfli danışıqlarda göstərdiyi kobud münasibətlərə görə daha sərt bir diplomat hesab edilir. Hətta onu “Mister no” (“Cənab yox”) kimi də adlandırırlar. Digər tərəfdən, uşaqlıqda familiyası Kalantaryan olan S.Lavrov atası erməni olduğuna görə Türkiyə və Azərbaycana qarşı o qədər də yaxşı münasibət bəsləmədiyi məlumdur.

Türkiyəni yaxından tanıyan D.Peskovun nazir təyin edilməsi öz həllini tapsa, Azərbaycan-Rusiya və Türkiyə-Rusiya münasibətlərinin də daha da müsbət yöndə inkişaf edəcəyi güman edilir. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …