Baş səhifə / Sağlamlıq / Alzheymer xəstələri üçün böyük kəşf

Alzheymer xəstələri üçün böyük kəşf

6

Amerika Birləşmiş Ştatlarının Kaliforniya əyalətindəki Qladston İnstitutlarında çalışan alimlər “alzheymer” (yaddaşın pozulması) xəstəliyinə səbəb olan geni ilk dəfə təsirsiz hala gətirə biliblər.

Belə ki, Qladston İnstitutunun mütəxəssisləri “alzheymer” xəstəliyinə səbəb olan genin təsirsiz hala gətirilməsinin ilk növbədə xəstələliklə böyük irəliləyiş və əsas inkişaf olduğunu bildiriblər.

Türkiyənin “Sabah” qəzetində yer alan məlumata görə, mütəxəssislər tərəfindən “apoE4” adlı gen formasiyasına təsir edən bir zülal müəyyən edilib və həmin gen insanın neyron hüceyrələrinə zərər verilməsinin qarşısını almağa başlayıb. Tədqiqatlarını davam etdirən mütəxəssislər bu kəşfdən sonra “alzheymer” xəstəliyinin qarşısını ala biləcək dərman hazırlanmasının mümkün olacağını söyləyirlər. (Bizimyolinfo.com)

Bunu da oxu:

Smartfona aludəçilyin ən böyük fəsadları

San-Fransisko Universitetinin alimləri müəyyən ediblər ki, hər il daha artan yeni elektron texnologiyalardan asılılıq, bağlılıq …