Baş səhifə / Dünya / Ermənilər Hollandiyada abidə qoyur

Ermənilər Hollandiyada abidə qoyur

4

Parlament “erməni soyqırımı”nı tanıdıqdan sonra onlar daha da fəallaşıblar

Ermənilər Avropada Türkiyəyə qarşı saxta təbliğatlarından əl çəkmək istəmirlər. “Genosid”ləri kimi qondarma olan 24 aprel tarixi yaxınlaşdıqca onların təbliğatı daha geniş vüsət alır. Belə ki, bu dəfə Hollandiyanın (Niderland) paytaxtı Amsterdamda 1915-ci ildə baş vedrdiyini iddia etdikləri qondarma genosidin xatirəsinə abidə qoymaq cəhdi edirlər.

“BBC Türkcə”nin yaydığı məlumata görə, Ermənistanda hazırlanan və üç hissədən ibarət olan abidə Amsterdamdakı Erməni-Apostol Kilsəsinin xarici divarlarına quraşdırılacaq. Həmin abidə 21 aprel tarixində erməni hökumətinin nümayəndə heyətinin iştirakı ilə açılacaq. O da vurğulanır ki, bu, ermənilərn Hollandiyada ucaltdıqları ilk abidə deyil. Buna qədər Almeloda erməni kilsəsinin həyətində və Assen qəbiristanlığında abidılər qoyulub.

3 metr hündürlüyündə olan abidə şəhər mərkəzinin Krom Boomssot və Keizerstraat küçələrinin kəsişməsində görünəcək şəkildə quraşdırılıb. Kilsənin binasının küncünə montaj edilən 3 hissədən ibarət daş abidənin ətrafında xaç və bəzək, ortasında üsə erməni və holland dillərində yazılar var.

Qeyd edək ki, yanvar ayında kilsədə qoyulmasına Amsterdam Bələdiyyəsinin icazə verdiyi abidə üçün erməni icması tərəfindən 13 min avro toplanıb.

“Sint Grigor Narekats” erməni mədəniyyət cəmiyyətinin sədri Vahan Avakyan 24 apreldə “soyqırımı” tədbirlərinə kölgə salmamaq üçün abidənin 21 apreldə açılacağını deyib. Lakin açılış mərasiminin qabağa çəkilməsinin digər səbəbi də ola bilər. Çünki Amsterdam Hollandiyada Türkiyədən olan immiqrantların ən sıx yaşadığı şəhərlərdən biridir. Bu səbəbdən təxribat ehtimalı nəzərdən qaçırılmır.

Qeyd edək ki, bu ilin fevral ayında Hollandiya parlamenti “1915-ci ildə Anadoluda baş verən hadisələrin soyqırımı kimi tanınması” adlı layihəni qəbul edib. Layihəni dəstəkləyn Türkiyə mənşəli 5 millət vəkilinin məsələyə bu cür münasibəti Türkiyə mediası tərəfindən “xəyanət” kimi qiymətləndirilib. Bədnam layihəyə qarşı yalnız Türkiyə mənşəli siyasətçilərin qurduğu DENK partiyasının 3 üzvü səs verib. Rəsmi Ankara Hollandiya parlamentinin qərarına sərt cavab verib. Buna baxmayaraq, Hollandiya hökuməti saxta erməni “soyqırımı”nı tanımadığını bəyan edib. Lakin Hollandiya hökuməti parlamentin qərarına qarşı çıxsa da, aprelin 24-də Ermənistana nazir səviyyəsində təmsil olunan nümayəndə heyəti göndərəcəyi barədə xəbərlər də yayılıb.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …