Baş səhifə / Dünya / 30 il əvvəl Əfqanıstanda itkin düşmüş sovet əsgəri tapıldı

30 il əvvəl Əfqanıstanda itkin düşmüş sovet əsgəri tapıldı

Sovet ordusunun Əfqanıstanda hərbi əməliyyatlar apardığı dövrdə, 1988-ci ildə müharibə zamanı əsir düşmüş keçmiş gizir təsadüfən tapılıb. İndiyə qədər itkin düşmüş hesab edilən İqor Belokurov əslən Ukraynanın Volın vilayətindəndir.

Əfqanstanda su mənbələri axtaran ekspedisiya üzvləri tərəfindən təsadüfən “kəşf edilən” İqor Belokurovun nəinki rus dilini, hətta doğma Ukrayna dilini də unutduğu məlum olub. Tərcüməçilərin köməyi ilə tədqiqatçılarla ünsiyyət quran keçmiş sovet hərbçisinin sonradan niyə vətəninə qayıtmaması isə naməlum olaraq qalır.

Geofizik Andrey Kadun Qəndəhar şəhərində xidmət edən və hərbi əməliyyatların birində əsir düşən keçmiş hərbçi haqqında Ukrayna Əfqanıstan Veteranları İttifaqına məlumat verib. Onlar da İ.Belokurovun yaşlı anasını tapıblar.
Aydındır ki, 30 il bundan əvvəl əsir götürülən İqor Belokurovun həyatı əzablarla dolu olub. Bir müddət qul kimi saxlanılan İqor yaşamaq uğrunda mübarizəyə başı qarşıdığı üçün onunla maraqlanmayan dövlətdən də, yaxınları qalan vətəndən də uzaqlaşmaq istəyib. Daha sonra İslamı qəbul edən və özünə yeni ad (Amriddin) və həyat seçən İqorun anası Antonina isə düz 20 il onu axtarıb. Oğlunu tapa bilməyən ana ondan əlini üzüb və 10 ildir ki, qəbiristanlıqda mərmər abidə qoydurub.

“Əvvəlcə dedilər ki, onlar müqayisə ediblər və o, başında çalma olandır, sonra dedilər oxşamır. Amma şəkli mənə göstərən kimi dərhal ürəyim atdandı ki, bu odur. Düz 30 il keçib, xeyli dəyişib… üzündə qırışlar var… Allah, o necə də əziyyət çəkib?”. Bu sözləri tezliklə oğluna qovuşacağına ümid edən təqaüdçü ana deyir. Qadın etiraf edir ki, sağlamlığı imkan versəydi, onu gətirməyə özü gedərdi. Volin vilayətinin Əfqanıstan Veteranları İttifaqından İqorun anasına söz veriblər ki, oğlunu bir ay ərzində Ukraynaya qaytaracaqlar. Bunun üçün lazımlı sənədləri toplayırlar. (Bizimyolinfo.com)

Bunu da oxu:

“Sizdən artıq dərəcədə xahiş edirəm, o statusu siləsiniz” – Deputat

“Dostlar, sosial şəbəkələrdə mənim idman naziri olacağımla bağlı aparılan kampaniyanı qəbul etmirəm. Sizdən artıq dərəcədə …