Baş səhifə / Dünya / Xərçəngdən əziyyət çəkən oğluna böyrəyini vermək üçün 61 yaşlı ata 51 kq arıqladı (Fotolar)

Xərçəngdən əziyyət çəkən oğluna böyrəyini vermək üçün 61 yaşlı ata 51 kq arıqladı (Fotolar)

2

İngiltərənin Lostok Holl şəhərindən yaşayan 61 yaşlı Bari Stouk oğluna görə bir çox əziyyətə qatlanıb və onun sağalması üçün orqanını da verməyə hazırdır. Atanın fədakarlığının səbəbi oğlu Alanın hələ yeniyetmə yaşlarında xərçəng xəstəliyinin nadir rast gəlinən növünə tutulmasıdır. Həkimlər oğlanın yalnız bir neçə ay yaşayacağını deyiblər. Dərddən nə edəcəyini bilməyən ailəsinin təyin olunmuş müalicənin nəticəsini gözləməkdən başqa çarəsi qalmır. Bu zaman möcüzə baş verir, Alan müalicələrə müsbət cavab verir və həqiqətən də yaxşılaşır.

Hazırda Mançester Universitetində süni intellekt sahəsində doktorluq dərəcəsi almağa hazıralaşan Alan xərçəng xəstəliyinə görə müalicəsini də davam etdirir. Amma həkimlər bildiriblər ki, onun tezliklə böyrək donoruna ehtiyacı ola bilər. Çünki çox sayda kimyaterapiyadan sonra oğlanda böyrək çatışmazlığı problemi baş qaldırıb. Böyrək üçün donor olmağa ən çox uyğun gələn isə onun atasıdır.

Oğlanın atası Bari əməliyyata dərhal razı olub, ancaq “artıq çəkiyə görə donor ola bilməzsən”, – deyiblər. Fədakar ata oğlunun həyatını xilas etmək üçün həm böyrəyini vermək, həm də sadəcə arıqlamaq qərarına gəlib. Özünə şəxsi məşqçi tutan ata fəal məşqə başalyıb.

“Əgər bir şey baş verərsə və mən ona kömək etmərəmsə, onda bu dərdlə yaşamaram”, – deyən ata bu yolda ona həyat yoldaşı və qızının dəstək olduğunu bildirib. Nəticədə 127 kiloqram ağırlığında olan və indiyə qədər arıqlamağı düşünməyən Barri oğlu üçün düz 51 kiloqram çəki itirib və hazırda 76 kq-dır. Beləliklə, artıq o, dünyada ən yaxın insanlarından biri üçün donor ola bilər. (Bizimyolinfo.com)

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …