Baş səhifə / Dünya / ABŞ Ukrayna və Gürcüstandakı gəncləri Rusiyaya qarşı silahlandıracaq

ABŞ Ukrayna və Gürcüstandakı gəncləri Rusiyaya qarşı silahlandıracaq

1

Yeni dövlət katibi də Mosvanı hədələdi

ABŞ və Rusiya arasında qarşıdurma yüksələn xətt üzrə inkişaf edir. Sərt bəyanatlar zəncirinə yeni simalar da qoşulub. Belə ki, ABŞ-ın Rusiya Federasiyasına qarşı “yumşaq” siyasətinin başa çatdığını bəyan edən Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri, dövlət katibi postuna namizəd Mayk Pompeo hesab edir ki, uzun illərdir rəsmi Moskvanın aqressiv siyasətinə qarşı “yumşaq” siyasət aparılması nəticəsində Rusiyanın təcavüzkar hərəkətlərini davam etdirir.

M.Pompeonun sözlərinə görə, artıq buna son qoyulub. Vladimir Putin üçün qiymətin yüksəldilməsi məqsədi ilə administrasiyamızın fəaliyyətlərinin siyahısı uzundur.

“RİA Novosti” xəbər verir ki, M.Pompeo bu siyahıda sanksiyaları, diplomatların ölkədən xaric edilməsi, ABŞ ordusunun və nüvə silahından istifadədən çəkindirici qüvvələrin gücləndirilməsi, eləcə də “Ukrayna və Gürcüstanda rus ekspansionizminə müqavimət göstərən cəsarətli gənclərin silahlandırılması” daxildir. Yeni dövlət katibi bu siyahıya əlavələr ediləcəyinə əminliyini də ifadə edib.

M.Pompeo Rusiyaya qarşı diplomatik səylərin çətin olacağını, lakin onları “Moskva ilə əvvəlki qarşıdurmalarda olduğu kimi, davam etdirməyin lazım olduğunu” bildirib.

Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp “Twitter”də paylaşdığı mesajlar dünyanı silkələdi. Birinci, Suriyada “raket həyəcanı” elan etdi. Lakin yarım saat sonra o, fikrini dəyişdi və növbəti mesajında Rusiyaya əməkdaşlıq və silahlanma yarışına dayandırmağı təklif etdi. Rusiyanın dövlət başçısının mətbuat katibi Dmitri Peskov “Biz ciddi yanaşmaların tərəfdarıyıq”, – deyərək rəsmi Kremlin D.Trampın “Twitter” diplomatiyasını qəbul etmədiyini söylədi. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …