Baş səhifə / Dünya / Raketlər Səudiyyə Ərəbistanının paytaxtına atıldı

Raketlər Səudiyyə Ərəbistanının paytaxtına atıldı

Yaxın Şərqdə “raket gözləyin” mesajları ilə “müharibə rüzgarları” əsdiyi bir vaxtda tamamilə başqa mövqedən gözlənilməz paytaxta qarşı raket hücumu olub. Səudiyyə Ərəbistanının “Al Masirah” telekanalı Yəməndəki husi tayfalarının hərbi qüvvələrinin atdığı ballistik raketlərin paytaxt Ər-Riyadda yerləşən Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyini hədəf aldığını bildirib. “Al Arabiya” telekanalı isə husilərin atdığı ballistik raketlərin əslində Ciızan şəhərinə doğru istiqamətləndiyini iddia edib.

Paytaxt Ər-Riyadın bir çox yerində eşidilən partlayış səslərindən sonra Səudiyyə Ərəbistanının “Al Ahbariye” telekanalı, atılan ballistik raketlərin paytaxt səmasında hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq məhv edildiyi barədə xəbər yayıb. Lakin məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada 25 mart gecəsi Yəməndən atılan ballistik raketlərin havada məhv edildiyi, ancaq bəzi parçaların Misirdən olan şəxslərin yaşadığı bir evə düşməsi nəticəsində bir nəfərin həlak olduğu, 2 nəfərin isə yaralandığı bəyan edilmişdi.

Onu da xatırladaq ki, Yəməndə hakimiyyəti ələ keçirmək istəyən husilərə məxsus hərbi qüvvələr 2014-dən paytaxt Səna başda olmaqla bəzi əraziləri nəzarətdə saxlayır. Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiya qüvvələri isə 2015-ci ildən qanuni hakimiyyəti müdafiə etmək adı altında husilərin mövqelərini bombardman edir. (Bizimyolinfo.com)

Bunu da oxu:

“Sizdən artıq dərəcədə xahiş edirəm, o statusu siləsiniz” – Deputat

“Dostlar, sosial şəbəkələrdə mənim idman naziri olacağımla bağlı aparılan kampaniyanı qəbul etmirəm. Sizdən artıq dərəcədə …