Baş səhifə / Sağlamlıq / Kökəlməyimizin əsas səbəbkarları – yağlı yeməklərlə qidalanan mikroblardır

Kökəlməyimizin əsas səbəbkarları – yağlı yeməklərlə qidalanan mikroblardır

5

Bütün dünyada, o cümlədən Azərbaycanda sağlamlıq problemlərinin başında gələn kökəlmənin əsas səbəbinin çox yemək olmadığı ortaya çıxıb.

Bəs kökəlmənin əsas səbəbi nədir? Alimlərin tədqiqatı nəticəsində insanların bağırsaqlarında yağlı yeməklərlə qidalanan və kökəlmənin inkişafına kömək edən xüsusi mikroblar tapılıb. Bununla da alimlər bu bakteriyaların “kökəlməyə görə məsuliyyət daşıdıqlarını” sübut ediblər. Çünki həmin bakteriyalar yağları parçalayan və bədən tərəfindən sorulmasını sürətləndirən fermentlər ifraz edirlər.

“Cell Host & Microbe” jurnalında dərc olunan məqalədə həmin kəşfin müəlliflərindən biri olan Çikaqo Universitetinin əməkdaşı Yucin Çanq bu haqda danışır: “İndiyə qədər çoxları nazik bağırsaq mikroflorasını tədqiq edib, amma ilk dəfə biz bu bakteriyaların həzm prosesini və yağların sorulmasını idarə etdiyini, piylənmə və ürək xəstəliyinin inkişafında böyük rol oynadığını sübit etdik”.

Bioloqun sözlərinə görə, kökəlməyə gətirib çıxaran hadisələr zəncirində əsas halqa “Clostridiaceae” ailəsinə mənsub olan mikrobların bağırsaqdan fəal şəkildə yağ udmasıdır. Y. Çanqın qeyd etdiyi kimi, tapılan bakteriyalar yağların parçalanmasını və bədən tərəfindən absorbsiyasını sürətləndirən çox sayda ferment ifraz edirlər.

Öz nəzəriyyələrini sübut etmək üçün tədqiqatçılar yağlı yeməklərlə qidalanan bağırsaqları təmizlənmiş siçanların rasionuna “kökəlməyə kömək edən maddələri” yerləşdiriblər. Nəticədə, bu prosedur gəmiriciləri kalorilərə qarşı həssaslıqdan məhrum edib və onları qısa müddətdə kökəlməyə məcbur edib. (Bizimyolinfo.com)

Bunu da oxu:

Smartfona aludəçilyin ən böyük fəsadları

San-Fransisko Universitetinin alimləri müəyyən ediblər ki, hər il daha artan yeni elektron texnologiyalardan asılılıq, bağlılıq …