Baş səhifə / Dünya / Vaşinqton: “Rus hərbi qüvvələrinə də zərbələr endirilə bilər, Rusiya kiməyəvi hücuma görə məsuliyyət daşıyır”

Vaşinqton: “Rus hərbi qüvvələrinə də zərbələr endirilə bilər, Rusiya kiməyəvi hücuma görə məsuliyyət daşıyır”

Ağ Ev kimyəvi silah istifadəsində rusları günahkar sayır

Dünən Ağ Ev təmsilçisi Sara Sanders “Suriyadakı rus hərbi qüvvələrinə də zərbələrin endirilməsi mümkündürmü” sualını verən jurnalistlərə cavabında deyib: “Biz bütün variantları nəzərdən keçiririk”.

O, bildirib ki, rəsmi Vaşinqton kimyəvi silah tətbiqində Suriya ilə paralel olaraq Rusiyanın da məsuliyyət daşıdığını düşünür. Buna görə də Ağ Ev Suriyada rus qüvvələrinin də zərbələrə məruz qalacağını istisna etməyib. Belə ki, prezident Donald Tramp Rusiyanın da Suriya ilə birlikdə Duma şəhərində kiməyəvi hücuma görə məsuliyyət daşıdığını bildirib.

S.Sanders bununla yanaşı, Rusiyanın son vaxtlarda özünü “mənfi bir personaj” olaraq təqdim etdiyini qeyd edib. Lakin jurnalistlərin “Vaşinqton Rusiyanı düşmən hesab edirmi” sualına Ağ Ev təmsilçisi birmənalı cavab verməkdən imtina edib. S.Sanders deyib ki, gələcəkdə Moskvanın davranışı imkan verəcək ki, bu suala qəti cavab tapılsın: “Rusiya bunu aydınlaşdırmaq üçün bizə müəyyən dərəcədə kömək etməlidir. Ümid edirik ki, artıq mənfi personaj rolunu oynamayacaq və öz davranışlarını dəyişəcək. Amma Rusiyanın burada rolunu müəyyənləşdirmək onun davranışından asılı olacaq “.

Bunu da oxu:

Ermənistanda ara qarışdı: Səs bombaları atıldı

Bu gün Yerevanda etirazçıların lideri Nikol Paşinyanla Serj Sarkisyan arasında nəticəsiz bitən görüşdən az sonra …