Baş səhifə / Foto / Alimlər Sibirdə tapılmış nəhəng çuxurların izahını verə bilmirlər: Yadplanetlilər ola bilər (Fotolar)

Alimlər Sibirdə tapılmış nəhəng çuxurların izahını verə bilmirlər: Yadplanetlilər ola bilər (Fotolar)

4

Rusiyanın Sibir bölgəsində son dövrlər bir çox yerdə rast gəlinən nəhəng çuxurlar alimlər tərəfindən araşdırılır.

Çuxurların sayının artması ilə əlaqədar onların yaranmasına həsr olunmuş bəzi nəzəriyyələr var, amma tamamilə dəqiq bir səbəb tapılmayıb. Əlbəttə, bu vəziyyətdə təxəyyül nəzəriyyəçiləri bu işə qarışıblar və nəhəng çuxurların yadplanetlilərə aid ola biləcəyini irəli sürüblər.

Buna baxmayaraq, Sibirin hava temperaturu sıfırdan aşağıda olan ucqar yerlərində ortaya çıxan nəhəng çuxurlar elm adamlarını narahat edir. Bəzi nəhəng çuxurların nə vaxt və necə yarandığı bilinməsə də, onların sayı artır. Sibirdə tapılan Bataqua krateri böyük bir sahəni əhatə edir. 1960-cı illərdə çökməyə başlayan torpağın yerindəki çuxur böyüməkdə davam edir.

Ötən illərdə Sibirdə birdən-birə ortaya çıxan nəhəng çuxurlara indi dördü də əlavə olunub. Sibirin Yamal yarımadasındakı dörd böyük kraterlərindən başqa, onlarca kiçik kraterin də əlavə olunduğu bildirilir. Qeyd edək ki, bütün sirli kraterlər, demək olar ki, çox hamar və dəqiq ölçülərə malik bir şəkildə formalaşıb.

Kraterlərdən təxminən 6 kilometr məsafədə yerləşən təbii qaz hasilatı yatağı da yeni bir iddianın ortaya atılmasına səbəb olub. Rusiyanın regiondakı səlahiyyətli şəxsləri bölgədə həddindən yüksək həcmdə təbii qaz ehtiyatlarının olduğunu, yer altında sıxılma səbəbindən qazların çölə çıxa bilmək üçün belə bir partlayışa səbəb ola biləcəyini iddia edirlər. Regionda yaşayan insanlar bəzən şiddətli partlayışlardan sonra göyə yüksələn alovları gördüklərini söyləyirlər.

Bu kraterlərin necə formalaşdığını tədqiq edən alimlərin ilk ehtimalı iqlim dəyişikliyidir. Məsələ ilə bağlı digər iddialar da var. Təxəyyül nəzəriyyəçiləri isə bu çuxurlarda UNO-ların gizləndiyini və hadisələri, habelə müəyyən formaya malik çuxurları yadplanetlilərin fəaliyyəti ilə əlaqələndirirlər. Onu da qeyd edək ki, çuxurların ortaya çıxdığı yarımadanın adı “Yamal”ın mənası “Dünyanın sonu” deməkdir.

Bununla yanaşı, Rusiyanın şimalındakı Yamal yarımadasının kosmosdan çəkilən təsviri alimləri əməlli-başlı çaşdırıb. Təxminən 80 metr dərinliyə malik olduğu güman edilən nəhəng çuxurun internetdə yayılan fotoşəkilləri bütün dünyanı şoka salıb.

Rusiya alimləri əsrarəngiz çuxurları daha yaxından araşdırmaq üçün 80 metr dərinliyə eniblər və buradan nümunə götürüblər. İndi elm dünyası iqlim dəyişikliklərinin və qlobal istiləşmənin Sibirdəki bu çuxurlara səbəb olub-olmadığını araşdırırlar. Təbii ki, bu tədqiqatların ehtimalları arasında yadplanetlilərin Yer kürəsinə vaxtaşırı səfərlərinin nəticələri də var. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …