Baş səhifə / Dünya / Bu hadisə arxeoloqları heyrətə gətirdi: 1500 illik quru soğan tapıldı (Foto)

Bu hadisə arxeoloqları heyrətə gətirdi: 1500 illik quru soğan tapıldı (Foto)

1

Bu tapıntı Roma İmperiyası ilə ticarət əlaqələrini sübut edir

İsveçin Öland adasındakı Sendbay Borq kəndində aparılan qazıntıda tapılan quru soğan arxeoloqları heyrətə gətirib. Belə ki, arxeoloq Helena Viktor “The Local” qəzetinə verdiyi açıqlamada apardıqları qazıntı zamanı 1500 illik yandırılmış quru soğan tapıldığını bəyan edib. 1500 il bundan qabaq Skandinaviya yarımadasının heç bir yerində soğan yetişdirilmədiyini ifadə edən H.Viktor, soğanın Roma imperiyasından idxal edilməsinin mümkünlüyünü bildirib.

Qədim bir qalanın qazıntıları zamanı quru soğanın bir ocağın yanında tapıldığını qeyd edən H.Viktor quru soğanın yeni tarixi hadisələrin sübutu – bu regionun sakinləri ilə Roma imperiyası arasındakı sıx ticari əlaqələrin mövcud olduğu yönündə kəşfin başlanğıcı olacağını dilə gətirib.

Qeyd edək ki, soğanın vətəni Aralıq dənizi və Orta Asiya regionları hesab edilir və insanların gündəlik qidalanmada ən şox istehlak etdiyi faydalı tərəvəzdir.

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …