Baş səhifə / Dünya / Türkiyə Mətbuat Şurasının sədri: “Obyektiv məlumat almayan cəmiyyətlər həmişə itirib”

Türkiyə Mətbuat Şurasının sədri: “Obyektiv məlumat almayan cəmiyyətlər həmişə itirib”

1

Jurnalistlər, oxucu nümayəndələri, quruma üzv olan media orqanları, jurnalist təşkilatları və cəmiyyətləri, vəkillər kollegiyaları və universitetlərin nümayəndələrindən ibarət Ali Məclisin toplantısında Türkiyə Mətbuat Şurası rəhbərliyinə yenidən jurnalist Pınar Türənc seçilib. Keçirilən səsvermədə elmlər doktoru Murat Önok isə onun müavini seçilib.

Mətbuat Şurasının sədri Pınar Türənc toplantının sonunda ölkədə mətbuatın vəziyyəti barədə qısa, lakin bir qədər kəskin nitq söyləyib:

“Mətbuat Şurası kimi jurnalistləri birləşdirən media qurumlarının həssaslıqla qoruduğu ümumbəşəri dəyərlərdən olan söz azadlığı və insanların həqiqətləri öyrənmək hüququ həyati əhəmiyyət kəsb edir. Tarix prosesində biz həmişə bunları şahidi olduq: iqtidaryönlü mətbuat orqanları tərəfindən idarə olunan demokratiyalar həmişə ağrılı prosesdən keçib və obyektiv məlumat almayan cəmiyyətlər həmişə itirib. Buna görə də, Mətbuat Şurası olaraq bəyan edirik ki, xalqın xəbər əldə etmək hüququnu və söz azadlığını hər hansı bir qüvvənin məhv etməsi qəbuledilməzdir. Bütün təzyiq, senzura, özünüsenzura və təhdidlərə qarşı, demokratik hüquqların əldən verilməməsi üçün müasir ölkələrdə, həqiqi demokratik mühitlərdə olduğu kimi, bu çətin proseslərdə də işlərimizə həmişə birlikdə davam etdirəcəyik”.
Qeyd edək ki, yeni seçilmiş Mətbuat Şurasının idarə heyətinin üzvləri üç il müddətinə səlahiyyətli olacaqlar. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …