Baş səhifə / Dünya / Ayın göbəyi, Buzovlar ölkəsi, Dovşanlar ölkəsi – Dünya ölkələri barədə bilmədiyiniz maraqlı faktlar

Ayın göbəyi, Buzovlar ölkəsi, Dovşanlar ölkəsi – Dünya ölkələri barədə bilmədiyiniz maraqlı faktlar

Sözlərin hər birinin arxasında hansısa hadisənin tarixçəsi yatır. Ölkələrin adları barəsində də bunu demək olar. Bu gün Bizimyolinfo.com dünya ölkələrinin adlarının arxasında dayanan maraqlı faktlar barəsində məlumat təqdim edir.

İspaniya – Dovşanlar ölkəsi

Eramızdan 300 il əvvəl karfageniyalılar Pireney yarımadasına gəldilər və bu ərazini ilk dəfə olaraq İspania adlandırdılar. Finikiya dilində sphan dovşan demək idi, İspaniya da dovşanlar ölkəsi. 100 il sonra bura gələn romalılar karfagenlilərin qoyduqları adı qəbul edərək bu torpaqları Hispania, daha sonra Espana adlandırmağa başladılar.

Venesuela- Balaca Venesiya

Cənubi Amerikanın şimal sahillərinə səfərə çıxan ispan ekspedisiyası 1499-cu ildə rast gəldikləri əraziyə heyranlıqla baxırdılar. Çaylar üzərindəki dirəklərdə qurulmuş kiçik hindu evləri onlara Venesiyanı xatırlatdığına görə əraziyə Venesuela – Balaca Venesiya adı vedilər. Əvvəlcə kiçik bir kənd belə adlandırılsa da, sonra bütün Venesuela adını burdan götürmüş oldu.

Macarıstan- 10 tayfa

Avropa dillərində Hungary kimi səslənən bu söz Ungari latın sözündən yaranıb. Eyni zamanda bu latın sözü də kökünü türk dillərindən Onoqur sözündən götürüb, 10 tayfa deməkdir. XIX əsrin sonunda Macarıstanın cənub hissələrini idarə edən 10 tayfanın ümumi adı türklərin dilində bu cür səslənirdi.

Burkina Faso – Namuslu adamların vətəni

Bu Afrika dövlətinin adı moore dilindən tərcümədə belə səslənir – “Burkina” namus, şərəf, “faso” ölkə deməkdir.

Meksika – Ayın göbəyi

Mexihco sözü 2 astek sözündən – Ay (metztli) və göbək (xictli) sözlərindən yaranıb. Mənası Ayın ortasında yerləşən Yer deməkdir.

Sakit okeanda yerləşən cırtdan Nauru dövlətinin adının mənası “mən çimərliyə gedirəm” deməkdir.

Qırğızıstan – 40-ların ölkəsi deməkdir. Bir zaman burada məskunlaşımış 40 türk tayfasına işarə edir.

İslandiya – Buzlar ölkəsi

İslandiya ilk dəfə 19-cu əsrdə Naddod adlı bir norveçli tərəfindən kəşf edilib. Qarların yağdığı bur torpaqlara o qarlar ölkəsi adını verib(Snaeland). Daha sonra buralara gəlib çıxmış vikinq öz mal -qarasını bu torpaqlarda qışlatmaq istəyincə bütün var yoxunu soyuq qışda itirir və qarlar ölkəsinə buzlar ölkəsi adını verir.

Yaponiya– günəşin doğduğu ölkə. Yapon dilində bu söz iki heroqlifdən ibarətdir. Birinci heroqlif günəş, ikinci heroqlif mənbə, yəni günəşin mənbəyi mənasını verir (日本日). Elə burdan da doğan günəş ölkəsi ifadəsi yaranıb.

Monako tənha ev, Niderland aşağı torpaqlar mənasını verir. Kamerun kimi tanıdığımız ölkənin adı “dəniz xərçəngləri ilə dolu çay” mənasını daşıyır.

Hər kəsin əzbər bildiyi ölkə İtaliya – kpkünü “buzov” sözündən götürən tayfanın adı ilə bağlıdır. Tərcümədə mənası “mal-qara torpaqları”dır.

Sinqapur sözünün mənası şirlər şəhəridir, Kipr isə adını mis,Cyprium sözündən götürüb.

Qazaxıstan köçəri, gəzən insanlar ölkəsi demədir. Sözün kökündəki qazax ismi gəzək, gəzəri köçəri anlamını daşıyır.

Kanada kənd, Çili dünyanın bitdiyi yer, Papua-Yeni Qvineya qıvrımsaçlı qara adam, Qabon isə papaqlı palto mənasını verir.

O ki qaldı Azərbaycana, mütəxəssilər Atropatena, Azər (yəni oda sitayiş edənlər) kökü üzərində dayansalar da, son tədqiatlara əsasən azərbaycan əslində Xəzər sahilində yaşayan Hazarlar- azarlar sözünün assimliyasiyaya uğramış formasıdır. Amma “arəşpərəstlik” tarixinə malik olan Azərbaycan üçün “oda sitayiş edənlər” izahı da qüvvəsində qalmaqdadır.

İlhamə LOĞMAN / Bizimyolinfo.com

Bunu da oxu:

Ermənistanda ara qarışdı: Səs bombaları atıldı

Bu gün Yerevanda etirazçıların lideri Nikol Paşinyanla Serj Sarkisyan arasında nəticəsiz bitən görüşdən az sonra …