Baş səhifə / Sağlamlıq / Gec yatıb tez oyanmaq ömrünüzü qısaldır

Gec yatıb tez oyanmaq ömrünüzü qısaldır

11

“Bayquşlar”ın sayı 1,3 milyarddan çoxdur

Müasir texnologiyaların sürətli inkişafından sonra gündəlik həyatın ayrılmaz tərkib hisəsi olan sosial şəbəkələrə aludə olan cəmiyyətin əsas təbəqəsinin indiki dövrdə ən böyük problemi yuxu rejiminin pozulmasıdır. Bunun əsas fəsadları fərdi olaraq hiss olunmasa da, alimlər yuxu rejiminin pozulmasının insanların ömrünün qısalmasına səbəb olduğunu sübut ediblər.

Belə ki, Böyük Britaniyanın Sureyya Universitetinin alimləri gec yatmağa üstünlük verən və gec oyanan (şərti olaraq “bayquş” adlandırılan) insanlarda səhər tezdən duranlarla (şərti olaraq “torağay” adlandırılan) müqayisədə vaxtından əvvəl ölüm riskinin yüksək olduğunu sübut ediblər.

“MedicalXpress”in məlumatına görə, tədqiqatda iştirak edən 38–73 yaşları arasında olan 433 min nəfər dörd xronotipə bölünüb: səhər tezdən qalxanlar, səhər qalxanlar, günorta qalxanlar və axşam qalxanlar, axşama yaxın qalxanlar. Mütəxəssislər könüllüləri altı il yarım müddətində nəzarətdə saxlayıblar. Araşdırma zamanı sübut olunub ki, “bayquş”larda müxtəlif səbəblərdən, o cümlədən ürək-damar xəstəliyindən vaxtından əvvəl ölüm riski “torağay”lara nisbətən 10 faiz daha daha yüksəkdir. Bundan əlavə, onlar diabet, psixoloji-əsəb xəstəliklərindən daha çox əziyyət çəkirlər.

Alimlərin fikrincə, əgər insanların xronotiplərinin hansısa dərəcədə genetik cəhətdən müəyyənləşdirildiyi sübut olunsa, onda “bayquş”ların gündəlik rejimlərinə, o cümlədən iş vaxtına dəyişiklik etməyə ehtiyac yarana bilər. Çünki gec yatmağa və gec yuxudan oyanmağa məcbur olanlar öz bioloji saatlarını hərəkət etdirə bilmədiklərindən “torağay”lar üçün uyğunlaşdırılmış həyatda yaşamalı olur, stesə məruz qalır və sutkalıq ritm pozğunluğu yaşayırlar.

Məlumdur ki, yay vaxtına keçid ürək böhranlarının sayının artmasına səbəb olur. “Bayquş”ların təxminən sayı 1,3 milyard nəfərə yaxın olduğu üçün mütəxəssislər ilin bu vaxtında potensial risklərin universal nəticlərinin daha ağır ola biləcəyini iddia edirlər. Lakin alimlər hesab edirlər ki, qismən olsa da, müntəzəm yuxu və səhərin parlaq işığı ilə bioloji saatı irəli hərəkət etdirmək hələ də mümkündür. (Bizimyolinfo.com)

Bunu da oxu:

Smartfona aludəçilyin ən böyük fəsadları

San-Fransisko Universitetinin alimləri müəyyən ediblər ki, hər il daha artan yeni elektron texnologiyalardan asılılıq, bağlılıq …