Baş səhifə / Foto / İt dayanmadan sahibinin burnunu iyləyirdi – Həkimə gedincə şok oldu

İt dayanmadan sahibinin burnunu iyləyirdi – Həkimə gedincə şok oldu

0

Britaniya vətəndaşı Loren  xəstə və sahibsiuz heyvanlara yardım etməyi öz həyat tərzinə çevirmişdi. Qadın “Mission Beagle & Hound Rescue” adlı heyvanları mühafizə cəmiyyətinin də üzvü olaraq fəaliyyət göstərirdi. Bir gün sahibsiz itlərin saxlandığı yerə Viktoriya ləqəbli kunxaund cinsindən olan  xəstə bir köpək gətirildi. Loren bu köpəyi özü ilə evə aparıb onun qayğısına qalmağa başladı.

Lorenlə Viktoriya arasında yaranmış möhkəm dostluq  telləri bir gün qadının həyatını xlas etdi. Viktoriya dayanmadan Lorenin burnunu qoxulayır, yalamağa çalışırdı. Aylarla sürən bu maraq Loreni şübhələndirdiş. Qadın  yaxşı bilirdi ki, itlər və pişiklər insanların xəstə orqanlarını hiss edir və əsasən o orqanlara toxunmağa cəhd edirlər.

Xəstəxanda verilən analizlər nəticəsində məum oldu k,i Lorenin burnunda dəri xərçənginin rüşeymləri inkişafa başlayıb. Qadın təcili əməliyyat olundu. Düzdür onun burnunda ömrü boyu getməyəcək çapıq izi var. Lakin vaxtında müalicə almasaydı bu onun həyatı bahasına başa gələcəkdi.  “Mən Viktoriyanın həyatını xilas elədim, o  da mənim həyatımı. Ona etdiyim yaxşılığın əvəzini verdi”,- deyə Loren yerli mətbuata verdiyi müsahibəsində bildirib.

İlhamə LOĞMAN / Bizimyolinfo.com

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …