Baş səhifə / Dünya / 5 nəfər restoran işçisi kanalizasiya quyusunda öldü

5 nəfər restoran işçisi kanalizasiya quyusunda öldü

5

Rusiyanın Başqırdıstan Respublikasının Ufa şəhərində beş restoran işçisinin kanalizasiya quyusunda ölməsi barədə xəbərlər ölkədə və dünyada təəcccüblə qarşılanıb.

Belə ki, əksər insanlar “restoran işçilərinin kanalizasiya quyusunda nə axtardığını” sual edirlər. İlkin məlumatlara görə, restoran işçilərindən biri naməlum səbəblərdən kanalizasiya quyusuna düşüb. Restoran kompleksinin digər 4 əməkdaş da ona kömək etmək üçün quyuya enib. Təəssüf ki, işçilərdən beşini xilas etmək mümkün olmayıb.

Ufa bələdiyyəsinin mətbuat xidmətinə istinadən “İnterfaks” agentliyinin məlumatına görə, Ufa şəhərindəki restoran kompleksinin kanalizasiya sistemindəki quyuda zəhərlənən iki nəfər də xəstəxanaya yerləşdirilib. Ölümlərin ehtimal edilən səbəbləri qaz zəhərlənməsidir.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …