Baş səhifə / Dünya / Gürcüstan diplomatı “arzuolunmaz şəxs” elan edilib

Gürcüstan diplomatı “arzuolunmaz şəxs” elan edilib

1

Məlumat olduğu kimi, Gürcüstan Böyük Britaniya hökuməti ilə həmrəylik nümayiş etdirərək Rusiya səfirliyinin bəzi əməkdaşlarını ölkədən xaric etmək barədə qərar qəbul edib. Rusiya tərəfi isə buna cavab vermək hüququnu özündə saxladığını dəfələrlə açıqlayıb. Rusiya XİN-in dünən atdığı addım göstərdi ki, cavab verməyin vaxtı artıq çatıb.

Belə ki, Moskva adekvat cavab hüququnu özündə saxlayaraq İsveçrənin Moskvadakı səfirliyindəki Gürcüstan maraqları bölməsinin əməkdaşını “persona non qrata” (“arzuolunmaz şəxs”) elan edib. Bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, bu qərar bir qədər əvvəl bir rus diplomatını ölkədən xaric edən Gürcüstan hakimiyyətinin hərəkətlərinə cavab olaraq qəbul edilib: “Qondarma Skripal məsələsi ilə bağlı ölkəmizə qarşı Böyük Britaniyanın əsassız ittihamları ilə əlaqədar Tbilisidəki İsveçrə səfirliyinin Rusiya maraqları bölməsi əməkdaşının Gürcüstan hakimiyyəti tərəfindən yersiz şəkildə “arzuolunmaz şəxs” elan olunmasına və ölkədən çıxarılmasına cavab olaraq İsveçrənin Moskva səfirliyindəki Gürcüstan maraqları bölməsinin əməkdaşı “persona non qrata” elan edilib”.

Eyni zamanda səfirlik əməkdaşından yeddi gün ərzində Rusiya ərazisini tərk etmək tələb olunub.
Xatırladaq ki, “Skripal işi”nə görə Avropa ölkələri, habelə Ukrayna, Moldova, Xorvatiya, Albaniya, Amerika Birləşmiş Ştatları və Kanadadan 100-dən çox rus diplomatı “arzuolunmaz şəxs” elan olunaraq ölkədən çıxarılıb.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …