Baş səhifə / Dünya / Ermənistanda vəziyyət gərginləşdi, paytaxta əlavə qüvvələr yeridildi

Ermənistanda vəziyyət gərginləşdi, paytaxta əlavə qüvvələr yeridildi

11

Müxalifət İrəvanın mərkəzində çadırlar qurdu

Ermənistanda keçmiş prezident Serj Sarkisyanın baş nazir olmasının qarşısını almaq üçün etiraz aksiyasına başlayan parlamentdəki “Elk” müxalifət fraksiyasının tərəfdarları Fransa meydanında çadır qurmağa başlayıblar.

“News-Armenia” agentliyinin məlumatına görə, cümə günü etirazçılar İrəvanın mərkəzinə iərliləyərək Fransanın meydanın yaxınlığında yol hərəkətinin qarşısını alıb, hazırda Maştos və Baqramyan prospektlərinin kəsişməsində yol hərəkəti də tam dayanıb. Aksiya iştirakçıları mitinqçilərin qidalanmasını təmin etmk üçün pul yığmağa başalıyblar.
Verillən son məlumatlara görə, artıq Şəhərin mərkəzinə polis qüvvələrinin cəmləşdirildiyi xəbər verilir.

Qeyd edək ki, martın 31-də “Elk” parlament müxalifət fraksiyasının rəhbəri, “Vətəndaş sazişi” Partiyasının lideri Nikol Paşinyan sabiq prezident Serj Sarkisyanın baş nazir olmasına qarşı etiraz aksiyalarına başlayıb. O, Gümrüdə yürüş başlatmaqla aprelin 13-ə qədər Spitak, Dilican, Sevan və Hrazdanı gəzərək vətəndaşları siyasi proseslərdə fəal iştirak etməyə çağırıb. N. Paşinyan və onun tərəfdarlarının məqsədi Serj Sarkisyanın parlamentdə baş nazir seçilməsinə mane olmaqdır.

Onu da xatırladaq ki, aprelin 9-da Ermənistanın dördüncü prezidenti Armen Sarkisyanın andiçmə mərasimi keçirilib. O, 2015-ci ildə parlament idarəetmə formasına keçiddən sonra parlament tərəfindən seçilmiş ilk dövlət başçısı olub. Həmin gün Ermənistan sabiq prezidenti Serj Sarkisyanın səlahiyyətləri sona çatıb və hökumət istefa verib. Hökumət rəhbərliyinə namizədlərin irəli sürülməsi prosesi 9 aprel tarixində başlayıb və 16 aprel tarixində başa çatacaq. Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyan aprelin 9-da respublikanın baş naziri postuna Serj Sarkisyanın namizədliyini irəli sürüb. Hökumətin rəhbəri aprelin 17-də parlament tərəfindən seçiləcək. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …