Baş səhifə / Dünya / Suriyaya hərbi zərbələr başladı – Ərazidəki rus gəmiləri “aradan çıxdı”

Suriyaya hərbi zərbələr başladı – Ərazidəki rus gəmiləri “aradan çıxdı”

5

Aprelin 14-ə keçən gecə Suriyanın ABŞ, Fransa və Böyük Britaniya hərbi qüvvələri tərəfindən bombardmana məruz qalması gözlənildiyi kimi, beynəlxalq birlik və əksər dövlətlər tərəfindən birmənalı qarşılanmayıb.

ABŞ-ın başçılıq etdiyi koalisiyaya qoşulmayan, ancaq dolayısı ilə dəstək verən NATO dövlətləri və bir çox region ölkələri ilə yanaşı, qəti şəkildə Suriyaya qarşı hərbi müdaxiləyə qarşı çıxanlar da var. Onların arqumentləri III dünya müharibəsinin qarşısını almaq niyyətindən qayanqlanır. Hər iki mövqedən çıxış edənlərə diqqət yetirmək yerinə düşər.

ABŞ-ın ən yaxın müttəfiqlərindən olan Almaniyanın baş naziri Angela Merkel əvvəlcədən Suriyaya hərbi müdaxiləyə qatılmayacağını açıqlamışdı. A.Merkel müttəfiqlərinin hərbi müdaxiləyə qoşulması vəziyyətində Almaniyanın qeyri-hərbi yollardan dəstək verəcəyini bildirmişdi.

Türkiyə son dövrlər Suriya məsələsinədə ABŞ və Fransa kimi ölkələrlə mövqeləri üst-üstə düşməsə də, B.Əsədə qarşı olduğu üçün əməliyyatdan sonra Suriyaya hərbi müdaxiləni dəstəklədi.

İtaliyada baş nazir vəzifəsini icra edən Paolo Gentiloni ölkəsinin Suriyada hərbi bir müdaxiləyə qatılmayacağını açıqlamışdı.

Kanada baş naziri Jastin Truder Suriyaya hərbi müdaxiləyə qatılmayacağını söyləmişdi.

Çin Rusiya ilə birlikdə Suriya hökumətinə dəstək verən ölkələrdən olsa da, BMT-də Suriyaya hərbi müdaxilə məsələsində keçirilən səsvermədə bitərəf qalmışdı.

Əvvəlcədən B.Əsəd rejimini devirməyi qarşısına hədəf qoyan Səudiyyə Ərəbistanı Suriyadakı kimyəvi silah tətbiqindən sonra məsul şəxslərin mühakimə edilməsi lazım olduğunu bəyan etmişdi. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə “müttəfiqlərimizin xahiş etməsi halında əməliyyatda iştirak qərarı verəcəyik” demişdi.

Hollanda baş naziri Mark Rut isə Suriyaya qarşı hərbi əməliyyatlara dəstək versə də, birbaşa hərbi müdaxilədə iştirak niyyətləri olmadığını söyləmişdi.

Rusiya az qala münaqişənin tərəfi olduğu üçün onun mövqeyini şərh etməyə ehtiyac yoxdur. Gecədən bir-iki ənənəvi bəyanatlar səslənsə də, yüksək səviyyədə heç bir münasibət bildirilmədi. Buna görə də analtiklər rəsmi Moskvanın hərbi müdaxiləyə nisbətən sakit yanaşmasını heç cür izah edə bilmirlər. Hətta xarici işlər naziri Sergey Lavrov belə yuxusuna haram qatıb iki cümlə bəyanat vermədi.

Əslində S.Trampın hərbi müdaxilə siqnalından dərhal sonra Rusiya Suriyanın vurulacağını başa düşürdü. Ona görə də Tartus limanında bazalaşan hərbi dəniz qüvvələrinə məxsus hərbi gəmilərini oradan uzaqlaşdırmışdı. Bu gəmilərin yaxınlıqdakı Türkiyə limanlarından birinə göndərildiyi barədə iddialar da var.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyanın hərbi baza və obyektlərinə zərbələr endirib. 1 saat davam edən əməliyyatda 100-dən çox raket atıldığı, Suriya tərəfi isə HHM qüvvələrinin onlardan 12-ni vurduğu barədə xəbərlər var. Suriya tərəfi əvvəlcədən bütün hərbi bazalar boşaldıldığı üçün hər hansı hərbi texnika və canlı qüvvə itkisi olmadığını bəyan edib. Paytaxt Dəməşqin əhalisi isə səhər açılan kimi küçələrə axışaraq hakimiyyətə dəstək mitinqi keçirib. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …