Baş səhifə / Dünya / Mağazadan 200 min dollar oğurlayan Elnur Məmmədov Qazaxıstana ekstradisiya edildi

Mağazadan 200 min dollar oğurlayan Elnur Məmmədov Qazaxıstana ekstradisiya edildi

O, “Texnostroy” mağazasından 65 milyon təngə (təxminən 200 min dollar) oğurlamaqda ittiham edilir

Aprelin 14-də Gürcüstandan ekstradisiya olunan Elnur Məmmədov Qazaxıstan Respublikasının Baş Prokurorluğu və Qazaxıstan Daxili İşlər Nazirliyi və “İnterpol”un yerli şöbəsinin əməkdaşları tərəfindən Astanaya gətirilib. “NewTimes.kz” İnformasiya Agentlyinin Qazaxıstan Baş Prokurorluğa istinadən yaydığı məlumata görə, Elnur Məmmədovun ekstradisiyası, xüsusilə külli miqdarda pul vəsaitinin oğurlanması üzrə axtarışda olması və cinayət məsuliyyətinə cəlb olunması məqsədi ilə gerçəkləşib.

Məlumatda qeyd edilir ki, Kostanay vilayətinin Daxili İşlər Departamenti tərəfindən axtarışda olan şübhəlinin ekstradisiyası üçün Qazaxıstan Baş Prokurorluğunun göndərdiyi sorğunu Gürcüstan Ədliyyə Nazirliyinin Baş Prokurorluğa müsbət cavablandırıb: “Saxlanılan şəxs 2016-cı ildə “FsTs” ATC-yə məxsus olan “Texnostroy” mağazasından 65 milyon təngədən çox pul oğurlamaqda şübhəli bilinir. Cinayət törətdikdən sonra Elnur Məmmədov istintaq orqanından qaçmağa müvəffəq olub və bu səbəbdən onun haqqında beynəlxalq axtarış elan edilib. 2017-ci ilin iyul ayının sonunda E.Məmmədov Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda şübhəli Astanadakı təcridxanaya yerləşdirilib.

Həbs olunan şəxsin Qazaxıstan vətəndaşı olduğu bildirilir, amma milliyyətcə azərbaycanlıdır.

Bunu da oxu:

Həbsxanadan qaçıb 50 il sonra məktub yazdı: “Televiziyada elan edin ki…” (Fotolar)

ABŞ-ın çox güclü mühafizə olunan Alkatraz həbsxanasından 36 nəfər məhbus qaçmaq istəyib. Amma plan heç …