Baş səhifə / Sağlamlıq / Smartfona aludəçilyin ən böyük fəsadları

Smartfona aludəçilyin ən böyük fəsadları

5

San-Fransisko Universitetinin alimləri müəyyən ediblər ki, hər il daha artan yeni elektron texnologiyalardan asılılıq, bağlılıq insanları bədbəxt hala gətirmək dərəcəsində təhlükəlidir.

Tədqiqatın “Sciencedaily” jurnalında dərc olunan nəticələrinə görə, elektron qurğulardan asılı olan insanların beynində getdikcə asılılığa vərdiş yaradan nevroloji əlaqələr ortaya çıxır. Beləliklə, məsələn, çox sayda ağrıkəsici qəbul edən insanlarda olduğu kimi, bu vəziyyətə uyğunlaşma baş verir.

Alimlər, həmçinin bu cür asılılığın ictimai əlaqələrə mənfi təsir göstərdiyini təsbit ediblər. Sorğuda iştirak edən 135 tələbənin fəaliyyəti tədqiq edilərkən aydın olub ki, smartfon arxasında daha çox vaxt keçirənlər əksər hallarda özlərini yalnız hiss edirlər. Tədqiqatçılar güman edirlər ki, sosial şəbəkələrdə vaxtın çox hissəsini keçirənlərdə qeyri-verbal ünsiyyət (üz ifadələri, mimikalar və intonasiyalar) yox olmaqdadır.

Tədqiqat müəllifləri məhz bu təhülkəli səbələrə görə smartfon və kompüterlərdən az istifadə etməyi məsləhət görürlər. Çünki ən azından onlara aludə olanlar, əksər hallarda yalnızlığa qapılırlar.

Tədiqatçılar bu asılılıqdan xilas olmaq üçün oxuculara bəzi üsullar da təkif edirlər. Məsələn, dostlarla “oyun”a dəvət edirlər. Oyunun şərti belədir: dostlarla görüş zamanı mobil telefonları masanın mərkəzinə qoyun, kim birinci smartfonu almaq istəsə, həmin şəxs hesabı ödəməlidir.

Bunu da oxu:

“WhatsApp”da yeni funksiya – 2 ay vaxtınız olacaq

“WhatsApp” proqramçıları yeni funksiyanı sınaqdan keçirirlər. ICTnews xəbər verir ki, messencerin istifadəçiləri silinmiş fayllarını 2 …