Baş səhifə / Dünya / İki müsəlman ölkəsi arasında silahlı qarşıdurma: iki əsgər öldürülüb

İki müsəlman ölkəsi arasında silahlı qarşıdurma: iki əsgər öldürülüb

Əfqanıstan və Pakistan ordusu arasında silahlı qarşıdurma olub

Bazar günü Əfqanıstanla Pakistan sərhədindəki Dürəndə sərhəd xəttində iki ölkə silahlı qüvvələri arasında baş verən silahlı münaqişə nəticəsində iki Pakistan hərbçisi öldürülüb, ikisi isə əsir götürülüb. Bu haqda Əfqanıstan KİV-ə Host vilayətinin polis idarəsinin əməkdşaı Bəsir Xan məlumat verib: “Əfqanıstan və Pakistan hərbi qüvvələri arasında silahlı münaqişə Pakistan hərbçilərinin Host vilayətinin Zazay-Maydan rayonundakı nəzarət-keçid məntəqəsini ələ keçirmək cəhdindən sonra baş verib. Nəticədə ən azı iki Pakistan hərbçisi öldürülüb, onların meyiti döyüş meydanında qalıb. İki Pakistan hərbçisi əsir alınıb, Əfaqaınstan tərəfindən heç bir itki yoxdur”.

B.Xanın sözlərinə görə, hərbi təcavüzə qarşı durmaq üçün Əfqanıstan hərbçilərinə yerli sakinlər də kömək ediblər. Əfqanistan hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib ki, təhlükəsizliyə təhdid olduğuna görə münaqişə zonasında yerləşən yaşayış məntəqələrində bir neçə məktəb bağlanıb.

Bunu da oxu:

Həbsxanadan qaçıb 50 il sonra məktub yazdı: “Televiziyada elan edin ki…” (Fotolar)

ABŞ-ın çox güclü mühafizə olunan Alkatraz həbsxanasından 36 nəfər məhbus qaçmaq istəyib. Amma plan heç …