Baş səhifə / Ulduz falı / Günün ulduz falı: 16 aprel, 2018

Günün ulduz falı: 16 aprel, 2018

Qoç

Gün olduqca gərgin keçəcək. Ətrafınızdakılarla tez-tez fikirayrılığı yarana bilər. Öz mövqeyinizi müdafiə etməyə çalışırsınız, lakin bu, mübahisə və məyusluq istisna olmaqla, heç bir şeyə gətirib çıxarmır. İşdə müvəffəqiyyət müstəqil olaraq, heç kimlə məsləhətləşmədən əhəmiyyətli qərarlar qəbul etməklə əldə oluna bilər. Şəxsi münasibətlərinizdə, öz intuisiyanıza arxalanmaq daha yaxşıdır: ən yaxşı yol göstərən odur. Ciddi problemlərin ortaya çıxması ehtimalı yoxdur, ancaq narahat olursunuz. İndi hər hansı xırda bir şeyə də kəskin reaksiya verirsiniz, emosiyanıza həmişə nəzarət edə bilmirsiniz. Yalnız günün sonunda əhval-ruhiyyənizdə tarazlığın bərpası mümkün olacaq.

Buğa

İnsanlarla ünsiyyət qurmaq bacarığı sayəsində yaxşı tanışlarla və ilk dəfə gördüyünüz insanlarla ümumi dil tapacaqsınız. İşgüzar görüşlər məhsuldar keçəcək. Romantik görüşlərdən də məyus olmayacaqsınız: onlar xoş sürprizlərin bolluğu ilə seçiləcək. Maliyyə problemlərini uğurla həll edəcəyiniz təqdirdə müvəffəqiyyətli alışlar etmək və ya gələcək perspektivli layihələrə sərmayə qoymaq şansı əldə edəcəksiniz. Dostlarla ünsiyyət sizi sevindirəcək. Birlikdə əyləncəli vaxt keçirə və ya hər kəs üçün maraqlı işlə məşğul ola bilərsiniz. Heç bir səy göstərməyərək siz çox şey öyrənəcəksiniz və tezliklə əlverişli olacaq məlumat əldə edəcəksiniz.

Əkizlər

Günün əvvəlində diqqətli olun. Bu qeyri-sabit vaxt sizə yeni problemlər və qayğılar, həmçinin narahatlıq üçün bəhanələr gətirəcək. Əgər özünüzü idarə edə bilsəniz, hər şeyi qaydaya sala bilərsiniz. Emosiyalarınızı cilovlaya bilməsəniz, çətinliklər daha çox olacaq. Tədricən müsbət tendensiyaların təsiri artır, vacib məsələlərlə uğurla mübarizə imkanı yaranır. Köhnə müttəfiqlərin dəstəyi çox faydalı olacaq. Yaxınlarınızla ailə işləri haqqında söhbət etmək, vacib olan məsələləri müzakirə etmək üçün münasib gündür. Sevdiyiniz bir şəxslə səmimi söhbət anlaşılmazlığa son qoyacaq.

Xərçəng

Günün əvvəlində ailə məsələləri diqqət tələb edir. Bəzi kiçik hadisələrdən ötəri planlarınızı dəyişdirməyiniz mümkündür. İş yerində kiçik çətinliklər və anlaşılmazlıqlar mümkündür, lakin işə ciddi yanaşır və yalnız özünüzə güvənirsinizsə, onları qaydaya sala biləcəksiniz. Axşam saatlarında istirahət etmək lazımdır. Günün ikinci yarısı üçün vacib görüşləri planlaşdırmaq münasib deyil. Sənədlərin icrası ilə bağlı təşkilati məsələləri həll edə bilərsiniz. Günün ortalarında satınalmalar, xüsusilə uğurlu olacaq.

Şir

Asan qələbələri hesaba almırsınız. Bu gün üçün planladığınız iş nə olursa olsun, onlarla baş çıxarmaq üçün səy göstərməlisiniz. İşdə əvvəlki planlarınızı yerinə yetirməkdən imtina etməyə məcbur olacağınız bəzi gözlənilməz hadisələr mümkündür. Bəzən həmkarlarla ortaq bir dil tapmaq çətindir, rəhbərliklə fikirayrılığı da istisna edilmir. Lakin ciddi münaqişələrdən qaçmağa nail ola biləcəksiniz. İndi çox şey sizdən asılıdır, amma baş verən hər şey üçün məsuliyyəti öz üzərinizə götürməyin. Bəzən əlverişsiz vəziyyətlərlə mübarizə aparmaq üçün yox, onlara uyğunlaşmağa çalışmaq üçün daha münasib bir gündür.

Qız

Əgər tələsməsəniz, çox şey əldə edəcəksiniz. Bir çox suallara cavablar ilk baxışdan göründüyü qədər sadə deyil. Vəziyyəti müəyyənləşdirmək, faktları araşdırmaq və müqayisə etmək üçün özünüzə vaxt verin. İşinizdə faydalı olan məlumatlar əldə edə bilərsiniz. Tanış qadınlar həvəslə sizə kömək edirlər, onların məsləhətlərinə çox fikirləşmədən əməl edə bilərsiniz. Əməkdaşlıq üçün maraqlı təkliflər var. Məişət məsələlərinin həlli (məsələn, təmirə hazırlıq, məişət əşyalarının alınması) üçün əlverişli bir gündür. Axşam saatlarında xoş səfərlər, son vaxtlarda darıxdığınız insanlarla görüşlər mümkündür.

Tərəzi

Siz öz qabiliyyətlərinizi çox yüksək qiymətləndirirsiniz və bu, narahatlığa səbəb ola bilər. Öhdəliklərə bağlı olmaq və bəzi vacib vədlər vermək arzuolunmazdır. Siz hörmətini saxlamaq istədiyiniz insanları məyus etməklə riskə gedirsiniz. Maliyyə məsələlərində qaydalara əməl etmək və lazımsız xərclərin qarşısını almaq vacibdir. Bu gün qənaət etməsəniz, tezliklə quru qəpiyin ümidinə qala bilərsiniz. Planlaşdırılmamış səyahətlər də daxil olmaqla bəzi səfərlər ehtimal edilir. Baş tutması uğurlu olacaq, lakin gözlədiyinizdən daha çox vaxt apara bilər. Sağlamlığınıza diqqət edin: bu gün istənilən ifrat hərəkət, xüsusilə təhlükəlidir.

Əqrəb

Çox məhsuldar bir gündür. Bir çox faydalı işlər görə, işlərinizdə uğur əldə edə bilərsiniz. Özünüzü yüksək hədəflər qoymaqdan və bu yolda ortaya çıxan maneələri müvəffəqiyyətlə aradan qaldırmaqdan qorxmursunuz. Nüfuzlu insanların dəstəyini almaq imkanı yaranacaq, bu çox faydalı olacaq. Bu gün hüquqi məsələlərin həlli üçün, habelə uzunmüddətli əməkdaşlıq üzrə danışıqlar üçün yararlıdır. Öz gücünüzə güvənməyin daha yaxşı olduğunu nəzərdə tutursunuz. Həm həmkarlarınız, həm də partnyorlarınız, hətta dostlarınız bu gün həddən artıq məşğul olacaqlar və sizə kömək edə biləcəklərini güman etmək çətindir. Bəzi Əqrəblər üçün gözlənilməz xərclər ehtimal edilir.

Oxatan

İşdə ehtiyatlı olun və bu gün hər bir xırdaçılığa diqqət yetirin. Bütün qeyri-müəyyən vəziyyətlərdən qaçmağa çalışın, həyati əhəmiyyətli qərarlar qəbul etməyin. Onlar sizə bir sıra köhnə problemi xatırlada bilər. Onları indiki vaxtda həll etmək mümkün deyil, amma qətiyyət göstərərək öhdəsindən gələ biləcəksiniz. Qənaətli olmaq, planlaşdırılmamış xərclərdən və qeyri-adi satınalmalardan qaçmaq daha münasibdir. Tezliklə, vacib bir məsələnin həlli üçün pul tələb oluna bilər. Qadınlarla ortaq bir dil tapmaq asan olmayacaq. Bu gün onlarla sirlərinizi bölüşmək, narahatlıqlarınız barədə danışmaq lazım deyil: anlayışla qarşılanmayacaq.

Oğlaq

Boş yerə vaxt sərf etməyin, böyük işlər sizi gözləyir. Əgər səhərdən prioritetləri və ilk növbədə nə işlə məşğul olmaq lazım gəldiyini müəyyənləşdirsəniz, hətta gözləniləndən daha çox iş görməyə vaxtınız olacaq. Sizin həyat eşqi ilə dolu olmağınız və cazibədarlığınız ətrafınızdakıların ürəyincədir, bir çoxları planınızı həyata keçirməkdə sizə yardım etmək üçün şad olacaq. Tanışlıqlar mümkündür. Onlar həm işgüzar əlaqələrin və həm də romantik münasibətlərin başlanğıc tarixi ola bilər. Ticarət fəaliyyəti ilə məşğul olanlar üçün əlverişli bir gün olacaq. Bu Oğlaqlar gəlirli sövdələşmələr imzalamaq imkanlarını qaçırmayacaqlar. Hədiyyələr və digər xoş sürprizlər istisna olunmur.

Dolça

Səhər vaxtı işlərinizdə mühüm uğurlar əldə edə bilərsiniz. İlk növbədə, bu, müstəqil işləyənlərə aiddir. Qalan Dolçalar, həmkarları və tərəfdaşları ilə birgə fəaliyyətlərlə razılaşmaq üçün bir az vaxt sərf etməlidirlər. Axşama yaxın ətrafınızdakılarla münasibətləri yaxşılaşdırmaq daha çətin olacaq. Sizə elə gəlir ki, onlar sizi tam qiymətləndirmir, səylərinizi görə bilmirlər. Plansız satınalmalardan çəkinin: onların uğurlu olması ehtimalı yoxdur. Bu gün pul məsələsində, xüsusilə ehtiyatlı davranmaq gərəkdir, onu boş yerə sərf etmək olmaz. Şübhəli sövdələşmələrə getməyin, onlar xeyli məbləğdə itkiyə gətirib çıxaracaq.

Balıqlar

Xeyirli bir gün sizi gözləyir. Ətrafınızdakıları öz ideyalarınızla maraqlandırmaq, tezliklə dəstək ala biləcəyiniz müttəfiqlər tapmaq üçün bir fürsət olacaq. Yaradıcı bir yanaşma tələb edən bütün işlərdə yaxşı bacarığınız var. Çox vaxt uğurlarınız gözlədiyinizdən daha böyük ola bilər. Uğurlu sövdələşmələr və gəlirli satınalmalar mümkündür, gözlənilməz mənbələrdən pul vəsaitlərinin daxil olması da istisna edilmir. Bu gün başqa bir vaxt diqqət yetirməyəcəyiniz xırda hadisələr əhvalınızı poza bilər. Ancaq tezliklə yaxınlarınız həyat xoşbəxtliyi və nikbinliyinizi bərpa etmək yolunda sizə kömək edəcəklər. (Bizimyolinfo.com)

Bunu da oxu:

Ulduz falı: 19 aprel, 2018

Qoç Yaxşı işlər görə bilərsiniz. Bu yolda çətinliklər yarana bilər. Amma onlar sizi qorxutmayacaq və …