Baş səhifə / Foto / Bu daşların sirrini bilən yoxdur – yerdənkənar sivilizasiya ola bilərmi?..

Bu daşların sirrini bilən yoxdur – yerdənkənar sivilizasiya ola bilərmi?..

Çünki onların yaşı insanların məskunlaşmasından əvvəlki dövrə aiddir

Britaniyada adasında qədim dövrlərə aid olan bəlkə də yeganə abidə sayılan Stounhenc daşlarının sirlərini ingilis arxeoloqlar hələ də araşdırmaqda davam edirlər. Alimlər bu daşların fövqəltəbii qüvvələrin əməyi nəticəsində ortaya çıxdığını da istisna etmirlər.

Belə ki, bir neçə ildir Stounhenc daş tikililərini öyrənən ingilis arxeoloq Mayk Pits onun mənşəyinin sirlərini tapmağa çalışıb. Tədqiqatçı güman edir ki, “16 №-li daş” və “Beşinci daş” insanların mövcudluğundan əvvəlki dövrə aid olub. M. Pits inanır ki, bu daşların yeri heç vaxt uzaq məsafələrə dəyişdirilməyib. Bu isə həmin daşların yerdənkənar sivilizasiyanın gücü ilə burada yerləşdirildiyinə əsas verir.

Bununla yanaşı, alim qeyd edir ki, bu iki daş arasında çəkilən düz xətt Günəş yay gündönümündə olduğu zaman üfüqü göstərir. Alim iddia edir ki, daşların təbii yerləşməsi bütöv kompleksin tikintisi üçün nəzərdə tutula bilərdi. Stounhenc qış gündönümü baxımından nəzəriyyələrə ciddi şəkildə cavab verir. Bu fakt bəzi tədqiqatçıların əlinə Stounhencn qədim rəsədxana olduğuna inanmaq üçün bir bəhanə verib. Lakin onun haqqında mübahisələr əsrlərdir davam edir.

Qeyd edək ki, yaranmasının tarixi bizim eradan əvvəl 3000 və 2000-ci illərə aid olan Stounhenc tikililəri Solsberi düzənlyində (Uiltşir qraflığı, İngiltərənin cənub-qərbi) dairəvi şəkildə yerləşmiş nəhəng abidədir. 1986-cı ildə UNESCO tərəfindən “Dünya irsləri” siyahısına daxil edilən abidənin inşasında istifadə olunan inşaat texnikası barədə də dəqiq sübut və ya nəzəriyyə yoxdur. Tikilinin funksiyası üçün nəzəriyyələr çox olsa da, alimlər etiraf edirlər ki, tikili çoxfunksiyalı olub. 2012-ci ildə irəli sürülən, bir qədər gülünc nəzəriyyədə isə deyilir ki, abidənin tikilməsində məqsəd Britaniyanın müxtəlif xalqlarını birləşdirmək olub.

Uzun illər ərzində tədqiqat aparan müxtəlif alimlər iddia ediblər ki, abidənin tikilməsində fövqəltəbii və anaxronik metodlardan istifadə edilib. Çünki daşları insanın gücü ilə hərəkət etdirmək neçə min il bundan əvvəl qeyri-mümkün idi. (Bizimyolinfo.com)

Bunu da oxu:

“3-ü 1-də” kofesinin tərkibində kofe və süd tapılmadı

“3-ü 1-də” adı altında dünyanın hər yerində populyar olan kofenin tərkibində çox şey varmış, təkcə …