Baş səhifə / Sosial-İqtisadi / Qaz niyə zəif gəlir? – “Azəriqaz”dan rəsmi cavab gəldi

Qaz niyə zəif gəlir? – “Azəriqaz”dan rəsmi cavab gəldi

Uzun müddətfdir Xətai rayonun Elektrik İstilik Mərkəzi adlanan qəsəbə sakinləri qazın təzyiqinin çox olmasından şikayət edirlər. Həmçinin eyni vəziyyət şəhərin bir çox qəsəbələrində də müşahidə olunur.

Bizimyolinfo.com saytına gələn şikayətlərə əsasən, əraziyə verilən qaz şam işığından da zəifdir və artıq 15 gündür bu vəziyyət davam edir. Eyni şikayəti Əhmədli qəsəbəsinin və bir sıra yaxın qəsəbələrin sakinlərindən, həmçinin buraya əks istiqamət sayılan Xırdalan şəhər sakinlərindən də eşitdik. Bahar gəlsə də havalar isinməyib.

“Azəriqaz” yay reiminə keçid edibsə, bu keçidin də müyyən forması olmalıdır. Verilən qaz evdə çay qaynatmağa, yemək bişirməyə yetişməyəcək həddədir. Qaynar xəttə zəng edirsən, saatlarla  gözləmə reimində qalırsan, ya da ümumiyyətlə, məşğul siqnalı gəlir. Bunun iki səbəbi ola bilər. Ya qazın təzyiqi ilə bağlı problem çox yerdə var, qaynar xəttə gələn zənglərin də həddi-hüdudu yoxdur, cavablayıb çatdıra bilmirlər, ya da ümumiyyətlə, müraciətlərə etinasızlıq göstərirlər.


Yaranmış vəziyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevdən cavab almaq istədik. İbrahim Kərbəlayevin Bizimyolinfo.com-a bildirdiyinə görə, əslində ciddi bir problem yoxdur . “Mavi yanacağın verilməsinə tələbatın artması nəticəsində qurumun əməkdaşları tərəfindən tənzimlənmə işləri aparıldıqdan sonra fərdi şəkildə gələn şikayətlər istisna olmaqla mavi yanacağın verişində ciddi problem yoxdur. Hazırda tənzimləmə işləri davam etdirilir. Hansısa ərazidəı qazın təzyiqi ilə bağlı problem yaranarsa, “Azəriqaz” bu problemin həlli yönündə işlər aparacaq. Çağrı mərkəzimiz isə daim işlək vəziyyətdədir. Zənglər çox olduqda ola bilsin ki, gözləmə rejimində şikayətçilər gözləməli olublar. Şikayətçilər “Azəriqaz”ın elektron müraciət bölməsinə yazılı şikayətlə müraciət edə bilərlər. Ötən günlərlə müqayisədə havanın dəyişməsi ilə bağlı qaza tələbat artmışdır, yaranan problem bununla əlaqədardır. Ümumrespublika üzrə təbii qaza tələbatın artması ilə bağlı  2 mln. 800 min kubmetrdən artıq əlavə qaz verilib . Ehtiyac yaranarsa, qazın verilişi də artırılacaq”,- deyə İbrahim Kərbəlayev qeyd edib.

İlhamə LOĞMAN

Bunu da oxu:

Xarici vətəndaşlar bu il Azərbaycanda 190 milyon manatdan artıq pul xərcləyiblər

Azərbaycana gələn xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə bu ilin yanvar ayında 99,798,809 manat, fevral …