Baş səhifə / Sağlamlıq / Şokolad həvəskarlarına xoş xəbər!

Şokolad həvəskarlarına xoş xəbər!

Şirin qidaları sevənlər, şokolad yeməkdən özünü saxlaya bilməyənlərə Danimarkadan şad xəbər gəlib. Kopenhagen Universitetində aparılan araşdırmada, hormonal genlərdən olan FGF21-in variasiyasına malik, şirniyyata aludəçiliyi olan şəxslərin bədənində daha az yağ olduğu nəticəsi əldə edilib.

İngiltərə “Biobank”ında məlumatları qeydə alınmış 450 min insanın qan nümunələri, qidalanma forması ilə genetik məlumatlar araşdırılıb. “Cell Reports” jurnalında dərc olunan araşdırmanının nəticələri barədə danışan tədqiqatın icraçılarından professor Niels Qrarup söyləyib ki, sözügedən kəşfin indiyə daha çox şəkər istehlak edən şəxslərin bədənində daha çox yağ olması qənaəti ilə ziddiyyət təşkil etdiyi ortaya çıxıb. Belə ki, hormonal genlərdən FGF21 variasiyaları ilə seçilən insanların bədənində daha az yağ yığılması haqqında nəticə şirniyyat çox yeyənlərin kökəlməsi kimi şablonlaşmış fikri darmadağın edib.

Yalnız bir gen variasiya üzərində tədqiqat apardıqlarını dilə gətirən N. Qrarup deyib ki, eyni genin bədənin digər orqanları ilə arasındakı əlaqəni təsbit etməyə çalışıblar. Avropa əhalisinin təxminən 20 faizinin bu gen variasiyasını daşıdığına diqqəti çəkən Qrarup, araşdırmanın bu qədər çox adamı əhatə etməsi səbəbi ilə əldə olunan nəticələrin əhəmiyyətli olduğunu vurğulayıb.

Qrarup onu da qeyd edib ki, onların apardıqları tədqiqatlar kökəlmə və diabet xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının hazırlanmasına təkan olacağını güman edirlər. (Bizimyolinfo.com)

Bunu da oxu:

Kökəlməyimizin əsas səbəbkarları – yağlı yeməklərlə qidalanan mikroblardır

Bütün dünyada, o cümlədən Azərbaycanda sağlamlıq problemlərinin başında gələn kökəlmənin əsas səbəbinin çox yemək olmadığı …