Baş səhifə / Dünya / “ASELSAN”ın tank üzrə mühəndisinin müəmmalı ölümü

“ASELSAN”ın tank üzrə mühəndisinin müəmmalı ölümü

4

İş yoldaşları onun intihar etdiyinə inanmırlar

Türkiyənin Milli Tank Layihəsində çalışarkən naməlum şəkildə maşınında ölmüş halda tapılan “ASELSAN”ın mühəndisi Hüseyn Başbilən iş yoldaşlarının ifadələri ortaya çıxıb. Onun həmkarları mühəndisin işində çox müvəffəqiyyətli olduğunu və mühüm vəzifədə işlədiyini söyləyiblər.

H.Başbilənin iş yoldaşlarının ifadələri gənc mühəndisin intihar meylində olmadığını ortaya qoyub. ASELSAN A.Ş. Mexaniki Optik Dizayn Şöbəsinin müdiri İhsan Özsoy onu xarakterizə edərkən deyib: “Hüseyin Başbilen 1997-ci ildə “ASELSAN” şirkətində mühəndis kimi işə başlayıb. 1997-ci ildən ölümünə qədər mənim rəhbərliyim altında müxtəlif şöbələrdə çalışıb. Müdafiə Sənayesi İdarəsinin Milli Tank Layihəsi çərçivəsində “ASELSAN”la Tank Atış İdarəetmə Sistemi yaradılması üçün müqavilə imzaladıq. Hüseyn bu layihə üzrə işə başladı. Təxminən üç ay işlədikdən sonra bu hadisə baş verdi və Hüseyni itirdik. Hüseynin işləri çantasının içində tapıldı və həyat yoldaşı tərəfindən quruma təhvil verildi. Verilən sənədlərdə heç bir çatışmazlıq yoxdur. Hüseyn bu sənədlər və işlər haqqında məlumat verəcəkdi. Hüseyn həm şirkət rəhbərliyi, həm də iş yoldaşları ilə ünsiyyət şəraitində çalışardı, heç bir problem yaratmazdı. İntizamlı bir mühəndisidi, işini keyfiyyətli şəkildə görməyə çalışardı. Yaşamaqdan həzz alan, şən bir şəxs idi. Bildiyimizə görə psixoloji problemi də yox idi”.

Digər iş yoldaşları da Hüseynin psixoloji narahatlığı olmayan, normal bir insan kimi xarakterizə edirlər. Lakin “ASELSAN” şirkətinin optik dizayn mühəndisi Handə Balcı onun itdiyi gün səhərə-səhər çox fikirli olduğunu söyləyib.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …