Baş səhifə / Dünya / İrəvanda mitinq iştirakçıları ilə polis arasında toqquşma: 2 polis və müxalifət lideri yaralandı

İrəvanda mitinq iştirakçıları ilə polis arasında toqquşma: 2 polis və müxalifət lideri yaralandı

2

Serj Sarkisyanın parlamentdə baş nazir seçilməsinə mane olmaq üçün “Yelk” müxalifət fraksiyasının rəhbəri, “Vətəndaş sazişi” Partiyasının lideri Nikol Paşinyanın liderliyi ilə cümə günündən İrəvanın mərkəzindəki Fransa meydanında çadır quraraq başlatdığı oturaq aksiya yeni mərhələyə qədəm qoyub.

Artıq üçüncü gündür ki, Fransa meydanında aksiya keçirən və Gümrü başqa olmaqla bir çox regiondan etirazçıların qoşulması gözlənilən müxalifət tərəfdarlarının növbəti planları arasında İrəvan metropoliteninin işini dayandırmaq, baş nazir seçməyi planlaşdıran parlamentin binasını ələ keçirmək də var. Belə ki, sonuncu mitinqdə könüllüləri siyahıya alan N. Paşinyan xalqı tətilə, ən nəhayət vətəndaş itaətsizliyinə çağırıb.

Aprelin 16-da səhər İrəvan şəhərinin mərkəzindəki əsas hərəkət yolları, demək olar ki, iflic vəziyyətə salan müxaliflər hərkətə keçiblər. Artıq Marşal Baqramyan metro stansiyasının girişinə bağlıdır. İrəvan mərkəzindəki hökumət binalarının yaxınlığında polislər keçik çəkirlər. Şəhər polisi vətəndaşların hərəkət azadlığını, konstitusiya hüquqlarını məhdudlaşdırdığı, bu cür hərəkətlərin vətəndaşların həyatına, sağlamlığına və əmlakına qarşı cinayətlərə səbəb ola biləcəyini əsas gətirərək hərəkatın rəhbəri Nikol Paşinyana xəbərdarlıq edib.

Polis qüvvələri İrəvanın bütün mərkəzi küçələrində etirazçılarla toqquşmalar baş verib. Parlamentin qarşısında polis qüvvələri ilə tələblərin də qoşulduğu aksiya iştirakçıları arasında ciddi qarşıdurma baş verib. Polis işıq-səsyaradıcı qumbara tətbiq edib. N.Paşinyan və 3 polis yaralanıb. Xəstəxanaya aparılan N. Paşinyan tezliklə Baqramyan prospektindəki etirazçıların yanına qayıdıb və həmin yerdə yenidən mitinq təyin edib: “Biz burada, Baqramyan prospektində mitinq keçirəcəyik və saat 19: 00-da başlayacaq. Bütün vətəndaşları mitinqə qoşulmağa çağırıram və mübarizəmizi sona qədər davam etdirəcəyik”. Ermənistan Baş Prokurorluğu isə İrəvan küçələrindəki iğtişaşlara görə cinayət işi başlayıb.

Qeyd edək ki, Fransa meydanında mitinqlərini davam etdirən N.Paşinyan Serj Sarkisyanın baş nazir olmaması üçün bütün müxalif qüvvələrin həmrəylik nümayiş etdirməyə çağırıb. N.Paşinyanın çağırışı cavabsız qalmayıb. Mitinq iştirakçılarına “Milli müqəddərat” partiyasının lideri, bütün zamanların daimi müxalifətçisi Paruyr Hayrikyan, “İrs” partiyasının lideri Raffi Ovannisyan, “Azad demokratlar” partiyasının lideri Xaçatur Kokobelyan, “Yeni zaman” partiyasının lideri Aram Karapetyan, “Milli razılıq” partiyasının lideri Aram Harutyunyan, Erməni Milli Konqresinin gənclər qanadı və “Vahid kommunistlər” partiyasının qoşulduğu elan edilib. Daşnaksutyun Partiyası isə şənbə günü, Respublika Partiyasının tələsik toplantısının ardından, bəyanat yayaraq Serj Sarkisyanın namizədliyini dəstəklədiyini ifadə edib. Baş nazirin seçkisi aprelin 17-ə təyin olunub. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …