Baş səhifə / Dünya / Rusiyanın sualtı qayığı Suriyaya raket zərbəsini əngəlləyib

Rusiyanın sualtı qayığı Suriyaya raket zərbəsini əngəlləyib

0

Böyük Britaniyanın sualtı qayığının Suriyaya raket zərbəsi həyata keçirmək üçün cəhd etdiyi bir vaxtda “Varşavyanka” sinfindən olan iki Rusiya hərbi sualtı qayığı tərəfindən blokadaya alınıb.

“The Times” q’zetinin hərbi mənbələrə istinadən verdiyi məlumata görə, sualtı qayıqdan Suriya ərazisinə qanadlı raketlər atılmalıymış, lakin iki Rusiya sualtı qayığının Britaniya sualtı qayığı ilə “siçan-pişik oyunu” buna mane olub. Son nəticədə, gəmi Suriyaya qarşı hücumda iştirak etməyib.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə ABŞ, Fransa və Böyük Britaniya hərbi qüvvələri Suriyanın hərbi baza və obyektlərinə çoxsaylı zərbələr endirib. 1 saat davam edən əməliyyatda 100-dən çox raket atılıb. Suriyanın hava hücunundan müdafiə qüvvələrinin onlardan 71 ədədini zərərsizləşdirdiyi barədə xəbərlər var. Suriya tərəfi əvvəlcədən bütün hərbi bazalar boşaldıldığı üçün hər hansı hərbi texnika və canlı qüvvə itkisi olmadığını bəyan edib.

NATO isə bildirib ki, Suriya hava hücunundan müdafiə qüvvələrini zərbələrdən heç birini dəf edə bilməyib. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …